Rusiyanın Avropa pəncərəsi bağlanır
19.08.2022 [10:36]
Murad KÖHNƏQALA
Finlandiya Xarici İşlər Nazirliyindən bildirilib ki, ölkəyə daxil olmaq istəyən Rusiya vətəndaşlarına verilən turist vizalarının sayını 10 dəfə azaltmaq niyyətindədirlər.
Nazirlik həmin qərarını bəzi Avropa ölkələrinin ruslara turist vizasının verilməsini tamamilə dayandırmaq çağırışları fonunda açıqlayıb. Finlər bu qərarın sentyabrın 1-dən işə düşəcəyini də bəyan ediblər. İstisna hal kimi Rusiyanın ictimai fəal və jurnalistlərinin ölkəyə gediş-gəlişini asanlaşdırmaq üçün yeni humanitar viza tətbiq etmək fikrindədirlər.
Finlandiyanın xarici işlər naziri Pekka Haavisto da bildirib ki, viza üçün ruslardan qəbul edilən müraciətləri məhdudlaşdırmağa hazırlaşır. Ölkənin rəsmi statistikasına görə, hər gün min nəfərə yaxın Rusiya vətəndaşı Finlandiyaya gəlmək arzusu ilə viza üçün müraciət eləyir. Finlər hazırda həmin rəqəmi 100-ə, maksimum halda 200-ə endirmək fikrindədirlər. Haavistonun sözlərinə görə, indən belə vizaların verilməsində ailəliklə səfər etmək istəyənlərə, bir də təhsil üçün gələnlərə üstünlük veriləcək.
İndiyədək ruslar Şengen ərazisinə daxil olan istənilən Avropa ölkəsinə getmək üçün Finlandiya vizasından rahat istifadə ediblər. Finlər bunu bilsələr də, rusların öz ölkələri üzərindən başqa Aİ ölkələrinə keçib getmələrinə göz yumublar. Qanuna görə, əcnəbi ölkə vətəndaşı hansısa Şengen ölkəsinə daxil olursa, onun həmin müqavilənin əhatə etdiyi başqa ölkəyə keçib orada yaşamaq, qalmaq izni almaq hüququ yoxdur. Qonaq vizada nəzərdə tutulmuş müddət boyunca başqa Avropa ölkələrinə səfər edə bilər, lakin yaşamaq, qalmaq izni almaq üçün mütləq ilk ayaq basdığın ölkəyə qayıtmalısan.
Məsələn, Rusiyanın Sankt-Peterburq şəhərindən Finlandiyanın İmatra şəhərinə təxminən 200 kilometr məsafə var. Ruslar bu yolu maşınla 3 saata gedirlər. Əvvəllər belə idi, yəni, viza alan hər bir Peterburq rusu üç saat yol getdikdən sonra Avropaya düşürdü. Hətta vaxt vardı Sankt-Peterburqda “Ploşad vosstaniya” metrostansiyasının çıxışında onlarla barker: “Finlandiyaya mikroavtobus gedir, boş yerlər var!” deyə bağırırdılar. Yaxud gəmi ilə, rahat və ucuz. Axşam Peterburqda minirdilər gəmiyə, səhər tezdən Helsinkidə olurdular. Finlandiya hakimiyyəti piterlilərə və şimal-qərb bölgəsinin digər şəhərlərinin sakinlərinə sadələşdirilmiş qaydada viza verirdi. Yəni bəri başdan otelpulu ödəmək, irəli-geri bilet almaq, bank hesabında lazımi qədər valyutanın olduğunu təsdiqləyən sənəd tələb etmirdilər.
Əlbəttə, Rusiya vətəndaşları Avropa səyahətindən sonra Finlandiyadan özlərinə minik avtomobilləri, hər cür elektron avadanlıqlar, paltar və bu kimi lazımlı şeyləri çox ucuz qiymətə alıb gətirə bilirdilər. Eləcə də Avropanın ən ucuz aviadaşıyıcısı “Ryanair”dən yararlanırdılar.
Bundan başqa, bir neçə il idi vizalar məhdudiyyətsiz sayda girişlə verilirdi və bunu arzulayan hər bir Sankt-Peterburq sakininin pasportunda “Fin Şengeni” vardı. Rəsmi statistikaya görə, 2018-ci ildə Finlandiya dövləti peterburqlulara 500 000-dən çox viza verib ki, bunun da 99,6%-i çoxdəfəlik olub. Lakin ölkəyə daxil olan rusların mağaza və mənzillərdən oğurluq etmə faktları sürətlə artdığına görə finlər 2019-cu ildən viza sistemində sərtləşdirməyə gedib digər Avropa ölkələri kimi bilet və otel rezervasiyası tələb etməyə başladılar. Sonralar koronavirus karantininə görə sərhədlərini bağlayan Finlandiya turistlər üçün yalnız bu yay açıldı. Bu dəfə Avropa pəncərələri həmişə əziyyətsiz, asan yolla viza almağa öyrəşmiş peterburqluların üzünə, deyəsən, bağlanası olacaq.
Ukrayna savaşından sonra Avropa İttifaqı Rusiya şəhərləri ilə hava əlaqəsini kəssə də, hələlik quru sərhədləri açıq qalır. Buna baxmayaraq, Finlandiyanın baş naziri Sanna Marin deyib ki, Rusiyanın Ukraynaya hərbi təcavüzü bitməyənə qədər rus turizminə məhdudiyyətlər qoymaq məcburiyyətindədirlər: “Rusiyanın Avropada aqressiv və amansız müharibə apardığı bir vaxtda rusların deyə-gülə Avropaya turist kimi səyahət etməsi yolverilməzdir. Özü də onlar başqa Avropa ölkələrinə getmək üçün Finlandiyadan keçid məntəqəsi kimi istifadə edirlər”.
Latviyanın xarici işlər naziri Edqars Rinkeviç də öz Tvitter hesabında yazıb ki, Avropa ölkələrinə vizası olan Rusiya vətəndaşlarının sərhədi birbaşa keçmələrinin qarşısını almaq üçün ölkəsi regiondakı digər həmfikir dövlətlərlə siyasi və hüquqi yollar aramağa çalışır.
Bundan başqa, Estoniya hakimiyyəti avqustun 18-dən Rusiya vətəndaşlarının ölkəyə buraxılmayacağını açıqlayıb. Beləliklə, Latviya, Litva, Estoniya və Finlandiya ruslara Şengen vizasının verilməsinə və onların ümumavropa evinə buraxılmasına qarşıdır. Avqustun sonunda Praqada baş tutacaq Aİ xarici işlər nazirlərinin görüşündə bu təklifin müzakirəsi də gözlənilir. Lakin Almaniya kansleri Olaf Şolts Şengen Sazişində konkret bir ölkə üçün tam viza qadağasına imkan verən müddəa nəzərdə tutulmadığına görə bu cür sərt tədbirlərin əleyhinə olduğunu bildirib.
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45

