Abituriyentlərə ŞAD xəbər
04.08.2022 [10:40]
Yeganə BAYRAMOVA
Dövlət İmtahan Mərkəzi (DİM) Nazirlər Kabinetinin “Dövlət İmtahan Mərkəzi tərəfindən göstərilən bir sıra ödənişli xidmətlərin istifadəçilərinə güzəştlərin edilməsi barədə” qərarı ilə bağlı açıqlama yayıb. Mərkəzdən bildirilib ki, Nazirlər Kabinetinin qərarına əsasən xidmət haqları dövlət büdcəsindən maliyyələşdirilməyən Azərbaycan vətəndaşları üçün imtahanlar güzəştli tariflərlə keçiriləcək.
Qeyd olunub ki, yaranan fərq dövlət büdcəsi hesabına qarşılanacaq. Belə ki, abituriyentlərə 2023-2024-cü illərdə keçiriləcək imtahanlarda aşağıdakı məbləğdə güzəştlər müəyyən edilib:
1. ali təhsil müəssisələrinin qabiliyyət imtahanı üzrə 10 manat;
2. kolleclərin qabiliyyət imtahanı üzrə 20 manat;
3. Azərbaycan dili (dövlət dili kimi) imtahanı üzrə 20 manat;
4. ümumi orta (9 illik) təhsil bazasında kolleclərə qəbul imtahanı üzrə 25 manat;
5. tam orta (11 illik) təhsil bazasında kolleclərə qəbul imtahanı və I, II, III və IV qruplar üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının I mərhələsi üzrə 25 manat;
6. I, II, III və IV qruplar üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının II mərhələsi üzrə 10 manat;
7. əlavə fənn (lər) imtahanı üzrə 20 manat.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 fevral tarixli Sərəncamına əsasən ilk dəfə ümumi və tam orta təhsil səviyyələri üzrə orta ixtisas təhsili müəssisələrinə, ilk dəfə ali təhsilin bakalavriat səviyyəsinə tələbə qəbulu imtahanında (həm 1-ci, həm də 2-ci mərhələ), ilk dəfə ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanında abituriyentlərin iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.
Bundan əlavə, “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 fevral tarixli Sərəncamına 2021-ci il 7 may tarixində edilmiş dəyişikliyə əsasən əvvəlki və cari ilin məzunu olmasından və imtahanlarda (ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi və orta ixtisas təhsili müəssisələrinə qəbul) neçənci dəfə iştirak etməsindən asılı olmayaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları, şəhid ailəsinin üzvləri, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, məcburi köçkün statusu olan şəxslər, I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların qeyd olunan imtahanlarda iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.
Nazirlər Kabinetinin yeni qərarı ilə bağlı “Yeni Azərbaycan”a açıqlama verən təhsil üzrə ekspert Elçin Əfəndi bildirib ki, bir sıra ödənişli xidmətlərin istifadəçilərinə güzəştlərin edilməsi olduqca mütərəqqi bir haldır: “Nazirlər Kabinetinin qərarına əsasən artıq DİM, eyni zamanda Taarif Şurası tərəfindən keçiriləcək imtahanlarla bağlı təyin olunan qiymətlərdə xüsusi güzəştlər nəzərə alındı. Bu güzəştlər imtahan verən şəxslər üçün həm təhsilin əlçatanlığı, eyni zamanda imtahanda iştirak edə bilmək baxımından olduqca mühüm əhəmiyyət kəs bedir. Elə abituriyentlər var idi ki, onlar ümumiyyətlə ödəniş edə bilmədikləri üçün müsabiqədə iştirak edə bilmirdilər. Həmin şəxslərə isə belə bir imkan yaradıldığı üçün imtahanda asanlıqla iştirak edə biləcəklər. Bununla paralel olaraq əhalinin sosial qayğıya və həssas qrupuna daxil olan şəxslər var ki, onlar da təhsil haqqından azaddırlar. Bura şəhid ailə üzvləri, məcburi köçkünlər, 1-ci və 2-ci qrup əlilliyi olan şəxslər və onların övladları, sağlamlığı məhdud olan digər şəxslər daxildir. Bir sözlə sosial qayğıya ehtiyacı olan vətəndaşlar ödəniş etmədən ümumi müsabiqədə iştirak edə bilərlər. Taarif Şurasının müəyyən etdiyi sonuncu dəyişikliklərdə artım nəzərə çarpsa da, Nazilər Kabinetinin etdiyi güzəştlər tam yerindədir və bu güzəştlərin də müəyyən qismi dövlət büdcəsi hesabına qarşılanacaq”.
Xəbər lenti
Hamısına baxDünya
23 Avqust 23:56
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Gündəm
22 Avqust 21:21
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57

