Daha güclü Azərbaycan naminə: yeni hədəflərə doğru
18.07.2022 [18:36]
Azərbaycan postmüharibə dövründə bütün çağırışlara hazırlıqlı olduğunu nümayiş etdirir. 2022-ci ilin altı ayının nəticələri və göstəriciləri də bu reallığı təsdiqləyir. Sosial-iqtisadi inkişafın davam etməsi, ölkənin beynəlxalq nüfuzunun artması, dünya siyasətində mövqeyinin möhkəmlənməsi, milli həmrəyliyin, başqa sözlə, xalq-iqtidar birliyinin güclənməsi Azərbaycanın regional güc mərkəzi kimi strateji hədəflərə əmin addımlarla irəlilədiyini göstərir.
Prezident İlham Əliyev cari ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə bu məsələlərə toxundu, çox mühüm mesajlar verdi. Dövlət başçısı sosial-iqtisadi inkişaf, strateji diplomatiya siyasəti, regional təhlükəsizlik, postmüharibə dövrünün quruculuq prosesi, Böyük Qayıdış və digər məsələlər haqqında önəmli nüanslara diqqət yetirdi, nəticələrdən, nailiyyətlərdən, hədəflərdən və perspektivlərdən söz açdı.
Azərbaycan Prezidenti yeni dönəmin, daha dəqiq desək, inkişafın yeni mərhələsinin anonsunu verdi. Yeni şəraitdə ölkəmiz strateji məqsədlərə çatmaq uğrunda inamla addımlayır. Öz ərazi bütövlüyünü təmin etmiş Azərbaycanın qarşısında parlaq perspektivlər açılıb. Xüsusilə də, dünyada yeni geosiyasi nizamın yarandığı şəraitdə Prezident İlham Əliyevin uğurlu diplomatiyası ölkəmizin regionda və beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirəcək. Yeni dönəmdə də Azərbaycan güclüdür, çağırışlara hazırdır, nailiyyətlər əldə etmək, qüdrətini daha da artırmaq iqtidarındadır:
- Prezident İlham Əliyev növbəti dəfə Azərbaycanın regionda sülh və etimad quruculuğu ilə əlaqədar prinsipial mövqeyini qətiyyətlə bəyan etdi. Dövlət başçısı, həmçinin ciddi xəbərdarlıq etdi: Ermənistan öz üzərinə götürdüyü öhdəliklərə riayət etməlidir. Əks halda, Azərbaycan müvafiq tədbir görəcək;
- Uğurlu xarici siyasət ölkəmizin dostlarının və tərəfdaşlarının sayının artmasını şərtləndirib. Azərbaycanın Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq qurumlarda mövqeyinin möhkəmlənməsi, Avropa İttifaqı və digər bir sıra təşkilatlarla tərəfdaşlıq münasibətlərinin inkişafı müsbət və təqdirəlayiq haldır;
- Sosial siyasət uğurla davam etdirilir, həssas təbəqədən olan insanlar, xüsusilə şəhid ailələri, qazilər bundan sonra da etibarlı müdafiə olunacaqlar;
- Dünya iqtisadiyyatında geriləmə, tənəzzül və böhran müşahidə edilsə də, dayanıqlı iqtisadi sistem yaratmış Azərbaycan qlobal maliyyə şoklarına hazırdır və bizim sosial-iqtisadi bazamız təhlükəsizlik çətiri funksiyasını yerinə yetirir.
Beləliklə, yeni reallıqlar və çağırışlar fonunda Azərbaycan milli məqsədləri, strateji hədəfləri reallaşdırmaq əzmində və niyyətindədir. Buna heç kimin şübhəsi olmaz. Sözünə sadiq, sözü imzası qədər dəyərli və keçərli olan Prezident İlham Əliyev vədlərini yerinə yetirir və yetirəcək. Daha güclü Azərbaycan naminə! Dövlət başçısının vurğuladığı kimi: "Biz verdiyimiz bütün vədlərə həmişə sadiq olmuşuq, əməl etmişik. Azərbaycan xalqına nə vəd vermişiksə, bütün sahələrdə onu yerinə yetirmişik, o cümlədən iqtisadi və sosial sahədə. Əminəm ki, biz bundan sonra da həmişə öz sözümüzə sadiq olacağıq, istədiyimizə nail olacağıq. Arzularımız da odur ki, ölkəmiz güclənsin, xalqımız daha yaxşı yaşasın".
Siyavuş Novruzov
Milli Məclisin Regional məsələlər komitəsinin sədri
Xəbər lenti
Hamısına baxSosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Gündəm
22 Avqust 21:21
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10

