Mətbuatımızın “Tərəqqi” dövrü
08.06.2022 [10:39]
114 il öncə bu gün “Tərəqqi” qəzetinin ilk nömrəsi çapdan çıxıb
Tarixdə bu gün- 1908-ci il iyunun 8-də Azərbaycan dilində ictimai-siyasi, iqtisadi, ədəbi “Tərəqqi” qəzetinin ilk nömrəsi çapdan çıxıb.
Tarixi qaynaqlara görə, 1905-ci ildən başlayaraq, Bakıda mətbuat sürətlə inkişafa başladı. Şübhəsiz ki, bu işdə çarın 17 oktyabr tarixli manifesti az rol oynamamışdı. Mətbuat sahəsində senzura qismən zəifləmişdi. Bu illərdə Bakıda 63-ə qədər qəzet və jurnal çap olunurdu ki, bundan yalnız bir neçəsi Bakıdan kənarda nəşr olunurdu. Qəzetlərdən çoxunun ömrü qısa olsa da elə qəzetlər vardı ki, istər ölkə daxilində və istərsə də xarici ölkələrdə öz yüksək professionallığı və intellektuallığı ilə özünə çoxlu abunəçilər toplaya bilmişdilər. Bir tərəfdən mətbuat azadlığı, o biri tərəfdən onların nəşri üçün maliyyə-pul vəsaitinin olması Bakıda jurnalistlərin sayını xeyli artırmışdı. Qəzetlərdən çoxu Bakı milyonçularının imtiyazı ilə çıxırdı. “Tərəqqi” qəzeti milyonçu Murtuza Muxtarovun vəsaiti ilə çap olunurdu.
Birinci nömrəsi 1908-ci il iyun ayının 3-də çıxmışdı. Qəzetin adı “Tərəqqi” sözünün altında “Hürriyyət, müsavat, ədalət” sözləri yazılmışdı. Siyasi, ədəbi, ictimai və iqtisadi bir qəzet idi. “Tərəqqi” əvvəllər həftədə 5 dəfə, ilin axırına doğru gündəlik çıxırdı. Mənası “İrəliləmə, irəliləyiş, inkişaf” deməkdir.
Bakıda nəşr edilən bu qəzetin redaktoru və naşiri Əhməd bəy Ağayev idi. “İrşad”ın davamı olan “Tərəqqi” ideyaca türkçülüyü təbliğ edən milli ruhda bir qəzet idi. “Tərəqqi”nin nəşrində Firudin bəy Köçərli, Ömər bəy Nemanzadə, Üzeyir Hacıbəyov, Məhəmməd Hadi və başqaları iştirak ediblər.
Bir sıra maliyyə çətinliklərinə görə “Tərəqqi” cəmi 434 nömrədən sonra - 1909-cu il oktyabrın 6-da bağlandı.
Bundan sonra Muxtarov “Tərəqqi” mətbəəsini alıb Haşım bəy Vəzirovun sərəncamına verdi.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42

