Azərbaycanla əməkdaşlıq Avropa üçün strateji prioritetdir
03.06.2022 [19:20]
Dünyanın diqqəti yenidən Azərbaycanın paytaxtına yönəlib. Xarici media Bakıda keçirilən 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi ilə əlaqədar müxtəlif məlumatları və ekspert rəylərini diqqətə çatdırır. Materiallarda üç məqam xüsusilə diqqətə cəlb edir: enerji təhlükəsizliyi ilə əlaqədar yeni çağırışların meydana çıxması; Avropanın enerji təhlükəsizliyi məsələlərinin Bakıda müzakirə olunması; Azərbaycanın etibarlı və perspektivli tərəfdaş olması.
Prezident İlham Əliyev Sərginin rəsmi açılış mərasimində çıxışı zamanı mühüm məqamlara toxundu. Dövlət başçısı qeyd etdi ki, “hazırda vəziyyət tamamilə fərqlidir və Azərbaycan qazına olan tələbat sürətlə artır”. Bəli, Azərbaycan enerji təhlükəsizliyi ilə əlaqədar regional və beynəlxalq əməkdaşlıqda böyük uğurlar əldə edir. Azərbaycanın şaxələndirilmiş ixrac marşrutları var. Müxtəlif istiqamətə uzanan 3 neft boru kəməri və 4 qaz boru kəməri mövcuddur. Ölkəmizin enerji siyasəti regionda təhlükəsizliyin möhkəmlənməsində, əməkdaşlığın dərinləşməsində mühüm amil kimi çıxış edir.
Xüsusi və mühüm məqam ondan ibarətdir ki, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında da rolu artır. Bu baxımdan, Cənub Qaz Dəhlizi alternativ mənbə kimi çox mühüm əhəmiyyətə malikdir. Bu layihə “Şahdəniz” qaz-kondensat yatağında hasilatı artırmağa imkan yaradır. Cəmi bir il beş aydır ki, Azərbaycan həmin yeni müasir infrastrukturdan öz qaz ehtiyatlarının nəqlində istifadə edir. Ötən il Azərbaycan 22 milyard kubmetr təbii qaz ixrac olunub. Cari ildə bu rəqəmin 24 milyard kubmetr olacağı gözlənilir.
Avropa Azərbaycanın rolunu yüksək qiymətləndirir, ölkəmizlə əməkdaşlığa böyük önəm verir. Avropa Komissiyasının enerji siyasəti strategiyası və koordinasiya üzrə direktoru xanım Kristina Lobillo Borrero qeyd edib ki, Cənub Qaz Dəhlizi Avropa İttifaqı üçün mühüm əhəmiyyət kəsb edir və Azərbaycanın oynadığı rol bizim Avropa İttifaqında qaz təchizatının şaxələndirilməsi səylərimiz baxımından mühüm əhəmiyyət daşıyır: “Bu, enerji qiymətlərinin sabitliyi, həmçinin təchizat təhlükəsizliyinin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir və biz bunu yüksək qiymətləndiririk. Bizim Azərbaycanla enerji sahəsində münasibətlərimiz uzunmüddətli müsbət enerji dialoqu üzərində qurulub ki, bunun da tarixi Zati-aliləri, Prezident Əliyev və ovaxtkı Prezident Barrozu tərəfindən 2006-cı ildə enerji sahəsində strateji tərəfdaşlıq təklif edən Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış ikitərəfli anlaşma memorandumuna təsadüf edir”.
Bir sözlə, Azərbaycanla əməkdaşlıq Avropa üçün strateji prioritetdir. Xüsusilə də, yeni çağırışlar ölkəmizlə qaz tədarükü sahəsində işbirliyinin dərinləşdirilməsini zəruri edir.
Musa MUSAYEV
YAP NTK-nın üzvü
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

