Fuad Oktay: “Müstəqil Azərbaycan bayrağının sonsuzadək azad şəkildə dalğalanacağına əminik”
28.05.2022 [15:42]
Türkiyənin paytaxtı Ankara şəhərində 28 May – Müstəqillik Günü və Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə rəsmi qəbul təşkil olunub.
“Yeni Azərbaycan”ın xəbərinə görə, qəbulda Türkiyə ali hakimiyyət orqanlarının təmsilçiləri, qardaş ölkədə akkreditasiya olunan beynəlxalq təşkilatların və diplomatik korpusun rəhbərləri və nümayəndələri, Türkiyə ictimaiyyətinin görkəmli simaları, azərbaycanlılar iştirak ediblər.
Tədbirin rəsmi hissəsində Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Türkiyənin vitse-prezidenti Fuad Oktay və səfirliyimizin nəzdində Azərbaycan Silahlı Qüvvələrinin hərbi attaşesi polkovnik Müşfiq Məmmədov çıxış ediblər.
Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov çıxış edərək Azərbaycan Demokratik Respublikasının dövlət və ordu quruculuğundan bəhs edib.
Rəşad Məmmədov deyib ki, 28 may 1918-ci ildə Azərbaycan müstəqilliyini elan edib, müsəlman aləmində ilk dəfə olaraq çoxmillətli və çoxpartiyalı respublikanın təməlini qoyub, ləyaqət, tolerantlıq, qadına hörmət kimi dəyərlərə əsaslanan dövlət qurulub. 104 il öncə hələ ABŞ-da, Avropanın bir sıra ölkələrində qadınlara seçmək, seçilmək hüququ verilmədiyi halda gəns Azərbaycan qadınlara bu hüququ verib.
Xarici qüvvələrin yeridilməsi nəticəsində bu gənc dövlətin cəmi 23 ay yaşaya bildiyini deyən səfir Rəşad Məmmədov 70 il sonra 1991-c ilin 18 oktyabrında Azərbaycanın 1918-ci ilin 28 mayında qurulan demokratik respublikanın varisi elan etdiyini vurğalyıb və ölkəmizdə 30 illik işğal dönəmində yaşanan çətinliklərdən və aparılan davamlı mübarizə nəticəsində əldə olunan qələbədən danışıb: “Çox təəsüf ki, müstəqillik dövrünün ilk illərində ölkəmiz dərin siyasi, sosial böhrana və Ermənistanın işğalına məruz qaldı. 1993-cü ildə ümumilli lider Heydər Əliyev ölkəmizi məhv olunma təhlükəsindən xilas etdi, bu günkü güçlü ordunun təməlini atdı və onun uzaqgörən, müdrik siyasətini Cənab İlham Əliyev bu gün uğurla davam etdirməkdədir. Nəticədə Azərbaycan dünyada önəmli yer alan, söz sahibi olan dövlətə çevrildi”.
Səfir Rəşad Məmmədov torpaqlarımızın 30 illik işğalına son qoyulmasında Azərbaycan-Türkiyə dostluğunun, əməkdaşlığının müttəfiqliyinin rol oynadığını və bu uğurda hər iki ölkə prezidentinin apardığı düzgün siyasətin xüsusi əhəmiyyətinin oduğunu da qeyd edib.
Türkiyənin vitse-prezidenti Fuad Oktay Azərbaycanın müstəqilliyinin 104-cü ili münasibətilə ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təbriklərini çatdırıb və Azərbaycanın müstəqillik bayramı sevincinə şərik olduğunu bildirib.
1918-ci ildə müstəqil Azərbaycanın qurucu liderlərindən olan Məhəmməd Əmin Rəsulzadəni hörmətlə yad edən Fuad Oktay Rəsulzadənin “Bir kərə yüksələn bayraq, bir daha enməz” ifadəsini səsləndirərək, müstəqil Azərbaycan bayrağının sonsuzadək azad şəkildə dalğalanacağına inandığını vurğulayıb.
Türkiyə və Azərbaycanın sarsılmaz mənəvi birliyindən danışan Fuad Oktay bu birliyin bir əsrdən çoxdur davam etdiyini və daha da gücləndiyini qeyd edib: “104 il öncə Qafqaz İslam Ordusunda verdiyimiz mücadilə ruhu Qarabağın azad olunması üçün apardığımız birgə mübarizə əzminin davamıdır. Hörmətli Prezidentlərimizin ötən il imzaladıqları Şuşa Bəyannaməsi ilə münasibətlərimizi müttəfiqlik səviyyəsinə yüksəltməklə iradəmizi güclü bir şəkildə ortaya qoyduq. Qarabağda Azərbaycan bayrağının dalğalandığı hər bir nöqtədə işğal dövrünün izlərinin silinməsi, bölgənin bərpasını və yüksəlişin təmin edilməsini əsl vəzifəmiz olaraq görürük.
Bir millət, iki dövlət” anlayışı ilə qardaşlığımızın tələblərini yerinə yetiririk. Bu dostluqdan aldığımız güclə bir daha bütün dünyaya bəyan edirik ki, biz eyni xalq olaraq gələcəyə ümidlə baxırıq, bir-birimizdən güc alaraq gələcəyi birlikdə formalaşdırırıq”, Fuad Oktay əlavə edib.
Türkiyədə paytaxt Ankara ilə paytaxt Bakının taleyinin eyni dərəcədə düşünüldüyünü vurğulayan Fuad Oktay çıxışını, “Sən bizimsən, bizimsən, durduqca bədəndə can, yaşa, yaşa çox yaşa ey Şanlı Azərbaycan” misraları ilə tamamlayıb.
Azərbaycanın silahlı qüvvələrinin qurulmasından və formalaşmasından danışan polkovnik Müşfiq Məmmədov isə bu gün Azərbaycan ordusunun qüdrətlənməsində Türkiyə dövlətinin böyük dəstəyi olduğunu qeyd edib.
Tədbirin bədii hissəsində Azərbaycan musiqiləri, rəqsləri və mətbəxindən rəngarənk nümunələr təqdim olunub və qonaqların yüksək şəkildə təqdiri ilə qarşılanıb.
Sevil Hilalqızı Ünal
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

