Azərbaycanın artan nüfuzu...
27.05.2022 [11:05]
Onun təkcə regionda deyil, həm də dünyada iqtisadi və siyasi çəkisini artırır
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova
Azərbaycan həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq formatında balanslı bir siyasət aparır. Artıq bütün dünya qəbul edir ki, 44 günlük Vətən müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatdı və o öz tarixi torpaqlarını azad etməklə ərazi bütövlüyünü bərpa etdi. Bölgədə yaranmış yeni vəziyyət ölkəmizin siyasi və iqtisadi aktuallığı durmadan artır. Cənubi Qafqazda regional inkişaf və əməkdaşlıq perspektivləri qlobal gündəlikdə duran mühüm məsələlərdən birinə çevrilmişdir. Cənab İlham Əliyev dəfələrlə qeyd etdiyi kimi, 30 illik işğala, azad olunmuş ərazilərdə genişmiqyaslı dağıntılara baxmayaraq, Azərbaycan gələcəyə nəzər salmağa, vahid inteqrasiya edilmiş Cənubi Qafqaz regionunun bir hissəsi olaraq öz gələcəyini planlaşdırmağa hazırdır.
Artıq bir çox layihələr reallaşmaqdadır. Belə ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında iştirak edir. Çinin “Bir kəmər, bir yol” təşəbbüsünü Azərbaycan fəal dəstəkləyir. Azərbaycan beynəlxalq maliyyə institutları ilə Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı və Çin tərəfindən təsis olunmuş İnfrastruktur və İnvestisiya Bankı fəal əməkdaşlıq edir. Neft-qaz, enerji, nəqliyyat və loistika, kommunikasiya kimi iqtisadi layihələr regional əməkdaşlığı qaçılmaz edir. Məlumdur ki, qlobal iqtisadiyyatın əsas komponentlərindən biri logistikadır. Dünyada gedən ictimai-siyasi prosesləri, COVİD-19 pandemiyasından ciddi şəkildə zərər çəkmiş ticarət əlaqələri sahəsində yaranmış gərginlik fonunda Azərbaycanın əhəmiyyətli tərəfdaş olduğunu bir daha sübut edir. Azərbaycanın Avrasiya üçün mühüm nəqliyyat və ticarət qovşağına çevrilir. Mövcud vəziyyəti nəzərə alaraq Cənubi Qafqaz və Mərkəzi Asiya yeganə dayanıqlı tranzit imkanları kimi qiymətləndirilir. Bu mənada Azərbaycana olan marağın bir sıra səbəbləri var: siyasi sabitlik, müəyyən edilmiş qanunvericilik bazası, qısa tranzit məsafələri, marşrutların şaxələndirilməsi (Azərbaycanda istənilən istiqamətə çıxış imkanları var), malların çatdırılma sürəti. Bu gün Azərbaycan bütün maraqlı tərəflərə öz nəqliyyat və logistika potensialından daha da geniş istifadə etməyi təklif edə bilər. lkəmiz “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin, eləcə də Türkiyə limanlarına çıxışı olan “Şimal-Qərb” nəqliyyat dəhlizinin keçdiyi məkandır. Yaxın gələcəkdə Zəngəzur dəhlizinin açılması daha yeni nəqliyyat və logistika layihələrin reallaşmasına səbəb olacaqdır. Beləliklə, yeni geosiyasi vəziyyət Azərbaycanın dünya səviyyəli və əhəmiyyətli tranzit qovşağına çevrilməsi, Avropa ilə Asiya arasında körpü olmaq üçün tarixi imkanı yaradır. Bütün bunlar isə Prezident İlham Əliyevin uzaqgörən siyasəti ilə bağlıdır. Ölkə başçısının həyata keçirdiyi siyasət çərçivəsində son illər ölkənin nəqliyyat potensialının inkişafı istiqamətində çox böyük işlər görülüb, nəqliyyat sektorunun sabit inkişafı təmin edilib. Genişmiqyaslı tədbirlərin, iri infrastruktur layihələrinin (Bakı-Tbilisi-Qars dəmir yolu, dəmir yolu sisteminin yenidən qurulması, dəmir yolu parkının yenilənməsi, bərə və quru yük donanmasının inkişafı, Ələt azad iqtisadi zonasının yaradılması) həyata keçirilməsi Azərbaycanın nəqliyyat və logistika infrastrukturunun inkişafına töhfə verdi ki, bu da hazırda beynəlxalq dəhlizlər üzrə yüklərin daşınmasını xeyli asanlaşdırır.
Əlbəttə ki, burada Respublikanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dövlətimizin möhkəmlənməsi yolunda apardığı ideoloji mübarizəyə verdiyi töhfəni də xüsusi qeyd etmək lazımdır. Onun müxtəlif ölkələr arasında siyasi dialoqun və iqtisadi əməkdaşlığın daha da güclənməsi sahəsində keçirdiyi iki və çoxtərəfli görüşlər, həyat keçirdiyi humanitar layihələr mühüm əhəmiyyət daşıyır. Azərbaycanın Birinci vitse-prezidenti sivilizasiyaların qlobal müstəvidə həqiqi dialoqa nail olmasında müstəsna xidmətləri var. Beləliklə, deyə bilərik ki, Mehriban xanım Qərbdə Şərqin qeyri-rəsmi elçisidir.
Cənab prezidentin irəli sürdüyü “Azərbaycan toqquşma məkanı deyil, əməkdaşlıq yeri olmalıdır” tezisi bir daha dövlətimizin əməkdaşlıq səylərinin aydın təzahürüdür. Bu gün Azərbaycanın həm regionda, həm də bütövlükdə dünyada mühüm strateji əməkdaşa çevrildiyini, onun nüfuzunun getdikcə daha da artdığını müşahidə edirik. 28 may- Müstəqillik Günü münasibəti ilə dünyanın ən böyük dövlətlərinin təbrik məktubları, davamlı olaraq müxtəlif ölkələrin, nüfuzlu beynəlxalq təşkilatların yüksək səviyyəli nümayəndə heyətlərinin ölkəmizə səfərləri, Prezident İlham Əliyevlə görüşləri bir daha göstərir ki, Azərbaycan bütün iqtisadi və siyasi proseslərdə aktivdir. Ölkə başçısının ictimai-siyasi xadim kimi şəxsi nüfuzu, gələcək hadisələri əvvəlcədən proqnozlaşdırması, ictimai və siyasi cəsarəti, təşəbbüskarlığı, həssaslığı ilə təkcə xalqımızın deyil, həm də beynəlxalq ictimaiyyətin hörmətini qazanıb. ABŞ prezidenti C.R.Bayden 28-may Müstəqillik Günu münasibəti ilə Prezident İlham Əliyevə göndərdiyi təbrik məktubunda ölkəmizin vacib tərəfdaş olduğunu qeyd edərək, bildirir ki, ötən 30 il ərzində enerji mənbələrinin şaxələndirilməsi və beynəlxalq təhlükəsizlik sahələrində əməkdaşlığımız tarixin mühüm anında öz bəhrəsini verir, Azərbaycan Avropa və dünya bazarlarının təhlükəsizliyinin təmin olunması və sabitləşdirilməsində önəmli rol oynayır. Bu təbrik həm də hazırkı vəziyyətin Cənub Qafqazda davamlı sülhə nail olmaq üçün mühüm imkan kimi qiymətləndirilir. Eyni zamanda, ABŞ-ın regionumuzda yaranmış reallığı qəbul etməsinin, və həmçinin dəstəkləməsinin əyani təzahürüdür. Prezident İlham Əliyevə ünvanlanan bu təbrik məktubları ölkəmizin dünya arenasında layiqli nüfuz qazandığını, beynəlxalq gündəliyin bir çox aktual məsələlərinin həllində mühüm rol oynadığını göstərir.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

