Türkiyənin HÜRKUŞ təyyarəsi Azərbaycana uçacaq
25.05.2022 [12:54]
Türk Aviasiya və Kosmos Sənayesi 26-29 may tarixlərində Bakı Kristal Zalında ilk dəfə keçiriləcək TEKNOFEST Aviasiya, Kosmos və Texnologiya Festivalında Milli Döyüş Təyyarəsinin (MMU) virtual reallıq simulyatoru, HÜRKUŞ və GÖKBEY ilə iştirak edəcək.
Türkiyə səfirliyindən APA-ya verilən xəbərə görə, MMU virtual reallıq simulyatorunun ilk dəfə yer alacağı festivalda ziyarətçilər VR texnologiyası ilə MMU ilə virtual olaraq uçmaq imkanı əldə edəcəklər.
“HÜRKUŞ isə uçuş şousu ilə nəfəsləri kəsəcək. Ziyarətçilər Türk Aviasiya və Kosmos Sənayesi stendində karyera imkanları haqqında məlumatlandırılacaqlar.
Ziyarətçilər maketlərin nümayiş olunacağı stenddə sürpriz fəaliyyətlər, təcrübə sahələri və oyunlarla şirkəti yaxından tanımaq imkanı əldə edəcəklər. Gənc ziyarətçilərə Mühəndis İnkişaf Proqramı, təcrübə imkanları və Lift-Up adı altında “Sənaye yönümlü Bakalavr Məzun Layihələri” kimi karyera imkanlarının müzakirə ediləcəyi sahələrdə şirkətin təklif etdiyi imkanlar haqqında məlumat veriləcək.
HÜRKUŞ təlim təyyarəsi uçuş şousu həyata keçirəcəyi Azərbaycana HÜRKUŞ-un eksperimental sınaq pilotları ilə ilk dəfə uçaraq gələcək. Nəfəs kəsən uçuş şoularının reallaşacağı festivalda Türkiyənin ilk və yeganə unikal GÖKBEY T625 helikopteri də statik sahədə nümayiş etdiriləcək. Bir çox ilklərə səhnə olacaq TEXNOFEST-in ən maraqlı hissəsi isə Türk Aviasiya və Kosmos Sənayesi stendində Milli Döyüş Təyyarəsinin VR dəstəkli simulyatoru olacaq. VR texnologiyası sayəsində ziyarətçilər 5-ci nəsil təyyarə ilə uçuşu təcrübədən keçirə biləcəklər.
Azərbaycanda ilk dəfə reallaşacaq TEXNOFEST-də iştirak edəcək Türk Aviasiya və Kosmos Sənayesinin baş direktoru Temel Kotil “Müdafiə, aviasiya və kosmos texnologiyalarında əldə etdiyimiz uğurları dost və qardaş ölkə Azərbaycanla bölüşəcəyimiz TEXNOFEST-də iştirakımıza görə şox sevinirik. “İki dövlət, bir millət” şüarı ilə həyata keçirdiyimiz əməkdaşlığımızın daha da möhkəmlənəcəyi festivalda mühəndislərimizin unikal olaraq hazırladığı HÜRKUŞ təlim təyyarəmiz Azərbaycana uçacaq və uçuş şousu nümayiş etdirərək şanlı dostluğumuzu göylərə yüksəldəcək. Aviasiya tariximizdə yeni bir dönüş nöqtəsi olacaq Milli Döyüş Təyyarəmizin uçuş kabinəsinin də təcrübədən keçirilə biləcəyi festivalın reallaşmasına töhfə verən bütün tərəflərə minnətdarlığımızı bildiririk”, - deyilib.
Qeyd olunub ki, Türk Aviasiya və Kosmos Sənayesi sabit və fırlanan qanadlı hava platformalarından pilotsuz uçuş aparatlarına və kosmik sistemlərə qədər inteqrasiya olunmuş aerokosmik sənaye sistemlərinin dizaynı, inkişafı, modernləşdirilməsi, istehsalı və inteqrasiyasına dəstək proseslərində 4 milyon kvadratmetr açıq sahədə və 640 min kvadratmetr qapalı sahədə 12000-dən çox işçisi ilə fəaliyyətini davam etdirir. Türkiyənin texnologiya mərkəzi olub, aviasiya, kosmik və müdafiə sənayesində qlobal oyunçular arasında yer alır.
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

