Zaxarova: “Moskva və Bakı biotəhlükəsizlik məsələlərində əlaqədədir”
20.04.2022 [22:06]
Rusiya ilə Azərbaycan arasındakı münasibətlərin müttəfiqlik xarakterini və tarixən formalaşmış ümumi biotəhlükəsizlik məkanını nəzərə alaraq, Rusiya Azərbaycan tərəfdən gələn istənilən siqnala çox diqqətlə yanaşır və biz onları Bakı ilə inkişaf etdirdiyimiz tərəfdaşlıq dialoqu çərçivəsində nəzərdən keçirməyə hazırıq”.
Bunu “Report”un Moskva bürosunun rəsmi Moskvanın Azərbaycanda ABŞ-ın bioloji laboratoriyalarının olması ilə bağlı iddialarını şərh etmək istəyinə cavab olaraq Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə deyib.
Daha əvvəl Rusiyanın aprelin əvvəlində BMT Təhlükəsizlik Şurası çərçivəsində dünyanın müxtəlif regionlarında hərbi bioloji fəaliyyətlərin beynəlxalq sülh və təhlükəsizliyə yaratdığı təhdidlərə dair dinləmələr keçirməyə təşəbbüs etdiyi, bu dinləmələr zamanı ABŞ-ın Cənubi Qafqazda, o cümlədən Azərbaycanda bioloji laboratoriyalarının olduğunu vurğuladığı bildirilmişdi.
M.Zaxarovanın sözlərinə görə, Təhlükəsizlik Şurasında Arria formulası üzrə baş tutmuş həmin görüş qeyri-rəsmi olub. O, vəziyyəti belə izah edib: “Bu, başa düşmək üçün vacib bir nüansdır. Mən də bu təfsiri qəbul edə bilmirəm. Milli biolaboratoriyaların olmasının özü qınanmalı bir şey deyil, çünki öz səhiyyə sistemi olan istənilən ölkədə biolaboratoriyalar var”.
Diplomat qeyd edib ki, məsələ bu biolaboratoriyalarda kimin, necə və hansı məqsədlər üçün, yəni nə dərəcədə aydın və şəffaf, eləcə də qanunvericilik əsasında çalışmasındadır.
“Biz Ukraynada bioloji laboratoriyalar məsələsini qaldıranda bildirdik ki, bioloji laboratoriyalar bu ölkə ilə həmsərhəd olmayan başqa dövlətin nəzarətindədir. Biotəhlükəsizlik məsələsi isə kritik əhəmiyyət kəsb edir”, - Rusiya XİN rəsmisi fikrini yekunlaşdırıb.
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

