ABŞ Dövlət Departamenti Qafqazda danışıqlar üzrə nümayəndə təyin edib
19.04.2022 [12:59]
ABŞ-ın Qafqazda danışıqlar üzrə baş müşaviri Endryu Şofer bu həftə regiona səfəri çərçivəsində Ermənistanda olub. Ermənistan mətbuatı onu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri kimi təqdim etməyə çalışsa da, ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri üzrə Bürosu tviterdə onu Qafqazda danışıqlar üzrə baş müşavir kimi təqdim etməklə ATƏT-in Minsk qrupunun taleyi məsələsinə "yağlı nöqtə" qoydu. Bu barədə Report xəbər verir.
Qərb ölkələrinin nümayəndələri ilə postmünaqişə məsələlərini müzakirə edərkən Ermənistan İkinci Qarabağ müharibəsindən sonra formalaşmış reallıqları qəbul etməkdən imtina edir. Qeyd etmək lazımdır ki, Endryu Şoferdən əvvəl fransız diplomat Bris Rokfey də Ermənistanda isti qarşılanmışdı. Halbuki o da İrəvana ATƏT-in Minsk qrupunun həmsədri kimi deyil, Fransa XİN-in Şərq Tərəfdaşlığı məsələləri üzrə nümayəndəsi kimi səfər etmişdi.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov “ATƏT-in Minsk qrupunun ABŞ və Fransadan olan həmsədrləri bu format çərçivəsində Rusiya ilə əlaqə saxlamaqdan imtina ediblər” deməsindən sonra bu səfərlərdə artım müşahidə olunur, bu isə ATƏT-in Minsk qrupunun mövcud olmadığından xəbər verir.
Bunu başa düşən rəsmi Moskva İqor Xovayevi Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Azərbaycan və Ermənistan arasında əlaqələrin normallaşdırılması üzrə xüsusi nümayəndəsi təyin edib. Bu bir daha göstərir ki, ATƏT-in Minsk qrupunun ömrü çoxdan başa çatmışdı, onun mövcudluğu praktiki deyil, məcazi məna daşıyırdı.
Azərbaycan Prezidenti İlham Əliyev də dəfələrlə bu formatın səmərəsizliyi barədə bəyan etmişdi. “Minsk qrupu ATƏT-in mandatına əsasən, 1992-ci ildən münaqişəni həll etməyə məcbur idi. Onlar ötən il noyabrın sonunadək, biz 44 gün ərzində əraziləri azad edənədək 28 il ərzində fəaliyyət göstərdilər. Mənim Minsk qrupunun fəaliyyəti ilə bağlı fikrim Azərbaycan xalqının fikrindən fərqlənmir. Bu, uğursuzluq idi”, - o, Brüsseldə işgüzar səfərdə olarkən dekabrın 15-də İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibəsində deyib.
Bir çox xarici KİV bu təşkilatın iş bacarığının olmadığını dəfələrlə bəyan etmişdilər. Hələ 2021-ci ildə ABŞ-ın tanınmış siyasi nəşri olan "Foreign Policy"də dərc olunmuş məqalədə bu təşkilatın “fəaliyyəti” ifşa edilirdi. “Otuz il ərzində ATƏT-in Minsk qrupu nəticə verməyib... Azərbaycan Silahlı Qüvvələrinin əldə etdiyi qələbə, Ermənistanın işğalının sona çatması onun gələcək fəaliyyəti üçün heç bir məna qoymur. İndi bu, ölü strukturdur”, - məqalədə deyilirdi.
Bir çoxları təşkilatı Fransanın birtərəfli mövqeyinə görə qınalayır. Açıq bəyanatlarında Ermənistan tərəfindən çıxış etməklə diplomatik neytrallığı pozan Prezident Emmanuel Makron ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanı nüfuzdan saldı.
ATƏT-in Minsk qrupunun ABŞ-dan olan sabiq həmsədri Riçard E.Hoqland “Minsk qrupunun rolu varmı?” adlı məqaləsində yazırdı: “Biz beşulduzlu hotellərdə qaldıq, bizə nümayəndəlik mərtəbələrində nömrələr verirdilər, bununla da əlavə xərcə düşmədən özəl yeməkxanalara və tam təmin olunmuş barlara çıxış əldə edirdik. Həmişə şəhərlərdə ən yaxşı restoranları axtarırdıq. Ancaq, düzü, çox az şey əldə edilib”.
Əgər bu strukturun nümayəndələri belə bir bəyanatla çıxış edirlərsə, onu “diriltmək” cəhdlərinin uğursuzluğa düçar olacağını təxmin etmək olar. Ermənistan artıq mövcud olmayan ATƏT-in Minsk qrupunu danışıqlar prosesinə cəlb etməyə nə qədər çalışsa da, reallıqlarla barışmalı və diqqətini münasibətlərin normallaşdırılmasının postmünaqişə mərhələsinə yönəltməlidir.
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

