Ukraynada təhsil alan tələbələrin məsələsinə aydınlıq gətirilib
13.04.2022 [11:54]
Ukraynanın ali təhsil müəssisələrində təhsil alan azərbaycanlı tələbələr müvafiq qaydalar əsasında təhsilini Azərbaycan universitetlərinə köçürə bilər.
Bunu jurnalistlərə açıqlamasında təhsil naziri Emin Əmrullayev deyib. O bildirib ki, burada hər hansısa bir səbəbdən heç bir güzəştdən söhbət gedə bilməz:
"Tələbələrin köçürülməsi qaydalarla tənzimlənir. Həmin qaydalara uyğun olaraq yay ayları ərzində tələbələr müraciət edə bilərlər. Hər hansısa xüsusigüzəşt nəzərdə tutulmayıb. Ölkə daxilindən və xaricdən tələbələrin köçürülməsinə münasibətimiz budur ki, proses bu və ya digər bəhanə altında universitetlərə qəbulla nəticələnməməlidir. Ali təhsilə qəbulun ədalətli aparılması önəmli şərtdir. Ədalətlilik mənə görə, Dövlət İmtahan Mərkəzi tərəfindən aparılan imtahanlar əsasında qəbul və ya xarici ölkələrdə təhsil alarkən ora qəbul zamanı təhsil müəssisəsinin reytinqi, tələbənin nailiyyətləri əsasında olmalıdır" - deyə nazir qeyd edib.
Emin Əmrullayev əlavə edib ki, başqa meyarlar əsasında qəbulu ədalətli hesab etmir.
"Məsələn, kimsə səhhəti ilə əlaqədar ali təhsil müəssisəsinə qəbul olmamalıdır. Çünki ali təhsilə qəbulun əsası hazırlığa söykənir. Təbii ki, müvafiq qaydada ayrı-ayrı vaxtlarda baxıla bilər. Amma hansısa bir şəkildə tələbə Ukraynada təhsil alıbsa, onların Azərbaycan universitetlərinə qeyd-şərtsiz qəbulu və köçürülməsi müzakirə mövzusu deyil. Hazırda ənənəvi qaydada bu tələbələrin müraciət etmək hüququ var. Biz meyar olaraq həmin şəxslərin DİM ballarına, hansı universitetlərdə oxuduqlarına, ora necə qəbul olduqlarına və təhsil aldıqları müddətdə nə əldə etdiklərinə baxacağıq" - deyə nazir vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Gündəm
22 Avqust 21:21
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10

