Xüsusi müsadirə obyekti üzrə yeni qaydalar
09.04.2022 [11:00]
Elə mexanizm qurulmalıdır ki, xüsusi müsadirə predmeti olan əmlakın real dəyərini müəyyənləşdirməyə imkan versin
M.FEYİZLİ
Ölkəmizdə həyatın bütün sahələrində şəffaflığın artırılması və korrupsiya kimi neqativ halların əhatə dairəsinin daraldılması dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Bu sahədə respublikamızda ardıcıl islahatlar həyata keçirilir. Elə bu günlərdə Prezident İlham Əliyev Sərəncam imzalayaraq “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planını təsdiqləyib. Sənəddə də vurğulandığı kimi, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illəri əhatə edən bu çoxşaxəli Milli Fəaliyyət Planı fərqli fəaliyyət istiqamətləri olan müxtəlif qurumların korrupsiyaya qarşı mübarizə səylərini birləşdirməyə xidmət edir, eləcə də korrupsiyaya qarşı mübarizənin bütün dövlət strukturları və vətəndaş cəmiyyəti institutları ilə birgə sistemli və əlaqəli şəkildə gerçəkləşdirilməsinə imkan yaradır.
Cinayətkarlığa qarşı mübarizənin mühüm istiqamətlərindən biri
Azərbaycanın korrupsiyaya qarşı mübarizə təcrübəsi sistemli, kompleks və innovativ xarakteri ilə seçilir. İndiyədək bu sahədə görülən tədbirlər çərçivəsində korrupsiyaya qarşı mübarizəyə dair milli strategiya və fəaliyyət planları qəbul edilib, yeni baxışlar və vəzifələr müəyyənləşdirilib. Ölkəmizin korrupsiyaya qarşı mübarizə strategiyası çoxistiqamətli olması ilə diqqət çəkir. Yəni müvafiq qurumlar tərəfindən neqativ hallara qarşı ardıcıl mübarizə tədbirləri həyatın bütün sahələrini əhatə edir. Hədəflər də aydın şəkildə müəyyənləşdirilib - qanunçuluq, hüququn aliliyi hər yerdə və hər zaman təmin edilməlidir. O cümlədən aktivlərin aşkar edilməsi, izlənməsi və müsadirəsi istiqamətində səmərəli mexanizmin yaradılması mütəşəkkil cinayətkarlığa qarşı mübarizə və onun qarşısının alınmasında mühüm vasitələrdən biridir. Prezident İlham Əliyevin 10 iyun 2020-ci il tarixli 2088 nömrəli Sərəncamı ilə Baş Prokurorluğun yeni strukturu təsdiq edilib, müasir dövrün çağırışlarına müvafiq olaraq digər idarələrlə yanaşı, Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsi yaradılıb. İdarənin yaradılmasında əsas məqsəd cinayət nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi və xüsusi müsadirənin tətbiq edilməsi ilə əlaqədar əmlakların bərpa olunması istiqamətində həyata keçirilən tədbirlərin səmərəliliyinin yüksəldilməsindən ibarətdir. Ötən dövrdə qurumun fəaliyyəti kifayət qədər məhsuldar olub. Belə ki, qısa müddətdə hökmlərin icrası qaydasında xüsusi müsadirə edilmiş əmlakların satışı və dövlət büdcəsinə daxil olan vəsaitlərə dair məlumatları özündə əks etdirən elektron məlumat bazası yaradılıb. Eyni zamanda, vurulmuş ziyanın ödənilməsi ilə əlaqədar vəsaitlərin elektron qaydada prokurorluğun depozit hesabına yerləşdirilməsinin tətbiq edilməsinə başlanıb. Müvafiq qurumlar tərəfindən xüsusi müsadirə predmeti olan əmlakların dəyərləndirilməsi, həmçinin ölkə hüdudlarından kənarda həyata keçirilir.
Qanunvericiliyin təkmilləşdirilməsi zərurəti
Zaman ötdükcə qarşıya yeni çağırışlar çıxır və qanunvericiliyin təkmilləşdirilməsi zərurəti yaranır. Dövlət başçısının Sərəncamı ilə təsdiqlənən Tədbirlər Planında da cinayət yolu ilə əldə edilmiş və xüsusi müsadirə obyekti olan əmlakın qiymətləndirilməsi və idarə olunması sahəsində qanunvericiliyin təkmilləşdirilməsi zərurətini özündə ehtiva edən ayrıca müddəa yer alıb. Burada cinayət yolu ilə əldə edilmiş əmlakın qiymətləndirilməsi sahəsində qanunvericiliyin təkmilləşdirilməsi nəzərdə tutulub. Bunun üçün Nazirlər Kabineti xüsusi müsadirə obyekti olan əmlakın qiymətləndirilməsi və idarə olunması sahəsində səmərəliliyin artırılması ilə bağlı müvafiq qanunvericilik aktının layihəsini təqdim edəcək. “Şəffaflıq Azərbaycan” təşkilatının icraçı direktoru Əliməmməd Nuriyev belə bir müddəanın Tədbirlər Planına daxil edilməsinin önəminə diqqət çəkərək vurğulayıb: “Qanunvericilikdə cinayət yolu ilə əldə olunan vəsaitlərin və əmlakın dəyərləndirilməsində müəyyən boşluqlar var. Buna görə də tez-tez mübahisələr yaranır. Belə hallara son qoyulması üçün qanunvericiliyin təkmilləşdirilməsinə, konkret dəyərləndirmə mexanizmlərinin yaradılmasına, optimal meyarların müəyyənləşdirilməsinə zərurət var. Elə mexanizm qurulmalıdır ki, xüsusi müsadirə predmeti olan əmlakın real dəyərini müəyyənləşdirməyə imkan versin. Yeni qanunvericilik bazası yaradılarkən dünyadakı qabaqcıl təcrübə öyrənilməli və respublikamızın reallıqları da mütləq qaydada nəzərə alınmalıdır”.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

