“Ölüm saçan bombalar” ciddi təhlükə yaradır
06.04.2022 [09:59]
Qaz cihazlarından istifadə qaydaları dəyişdirildi
M. ABDULLAYEV
Azərbaycanda qaz cihazlarından istifadə Qaydalarında dəyişikliklər edilib. Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Yeni qərara görə, qaz qurğularına texniki baxış üçün tələb olunan sənədlərin siyahısı genişləndirilib.
Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən sənaye qaz qurğusunun istismarına icazə verilməsi üçün həmin qurğulara texniki baxışın həyata keçirilməsi zamanı istehlakçıların təqdim etdiyi sənədlərlə yanaşı, müvafiq ərizə də təqdim olunmalıdır. Bundan əlavə, qaydalara edilən əlavəyə görə, Enerji Məsələlərini Tənzimləmə Agentliyinə sənədlər barədə məlumat əldə etmək üçün dövlət orqanlarının və digər qurumların elektron informasiya ehtiyatlarından istifadə etmək səlahiyyəti verilib. Xidmət obyektlərində qaz balonlarından istifadə edilməsini, onların quraşdırıldığı məkanların havalandırılmasını özündə ehtiva edən tələblər nəzərdə tutulub.
Hökumətin qazdan istifadə Qaydalarında dəyişiklik etməsi isə heç də təsadüfi deyil. Aprelin 3-də gecə saat 03 radələrində paytaxtın Səbail rayonu ərazisində yaşayış binasının 1-ci mərtəbəsində yerləşən “Location” gecə klubunda baş vermiş partlayış iaşə obyektlərində qaz cihazlarından istifadə qaydalarının sərtləşdirilməsinin və nəzarət tədbirlərinin gücləndirilməsinin zəruriliyini yenidən gündəmə gətirib. Xatırladaq ki, partlayış nəticəsində ölüm hadisəsi baş verib və çoxlu sayda xəsarət alanlar var. Baş Prokurorluqdan verilən məlumata görə, toplanmış ilkin sübutlarla müəyyən edilmişdir ki, qeyd olunan obyektin mətbəxində qanunsuz olaraq, eləcə də mövcud qaydaların tələbləri pozulmaqla propan qazının sıxılmış mayesi ilə dolu olan qaz balonundan istifadə edilmiş, həmin qaz balonunun partlaması binada dağıntılara və yanğına səbəb olmuşdur.
Ekspertlər yaşayış binalarının birinci mərtəbələrində və yaxud zirzəmilərində qaz balonlarının quraşdırılmasını və onlardan qaydalar çərçivəsində istifadə olunmamasını “ölüm saçan bomba” kimi səciyyələndirirlər. Nə qədər qəribə görünsə də, xidmət obyektlərində qaz balonlarının quraşdırıldığı məkanlara müştərilərin və digər kənar şəxslərin daxil olmalarının qarşısı alınmır. Halbuki qaydalarda da göstərildiyi kimi, belə məkanlar xidmət yerlərindən mütləq qaydada təcrid edilməlidir. Eyni məkanda eyni vaxtda bir neçə qaz balonundan istifadə olunması da yolverilməzdir. Bu qaydalara hər yerdə və hər kəs tərəfindən əməl olunmalıdır.
Təəssüf doğuran haldır ki, iaşə və digər xidmət obyektlərində qaz cihazlarından istifadə qaydalarına nəzarət tədbirləri də lazımi səviyyədə həyata keçirilmir, bir sıra hallarda isə tamamilə formal səciyyə daşıyır. Elə “Location” gecə klubunda baş vermiş partlayış da nəzarətin zəif həyata keçirilməsinin nəticəsi olaraq baş verib. Yeri gəlmişkən, bəhs olunan hadisədən sonra Bakı Şəhər İcra Hakimiyyəti və “Azəriqaz” İstehsalat Birliyinin məsul nümayəndələrindən ibarət yaradılmış xüsusi qruplar paytaxtın ictimai-iaşə obyeklərində monitorinqlərə başlayıblar. Bakı Şəhər İcra Hakimiyyəti mətbuat xidmətindən verilən məlumata görə, monitorinqlərin məqsədi bu obyektlərdə real vəziyyətin yerində öyrənilməsi, gələcəkdə baş verə biləcək hadisələrin qarşısının alınması və burada çalışan işçilərin maarifləndirilməsidir.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

