Qaz pulunu kim verəcək?
01.04.2022 [10:31]
Dost olmayanlar Rusiyaya “yox” dedi
Pərviz SADAYOĞLU
Qərbin iqtisadi sanksiyalarına məruz qalan Rusiya rəqiblərinə adekvat cavablar verməyə çalışır. Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan rəsmi Kreml bu dəfə köhə qitəni ən həssas yerindən “vurmağa” çalışdı. Rusiya prezidenti Vladimir Putin hökumətin iclasında bildirib ki, təbii qaz tədarükü üçün ödənişləri dollar, avro da daxil olmaqla digər valyutalarla qəbul edilməyəcək, rublla ödənişlərə keçiləcək. “Mən qeyri-dost adlandırılan ölkələrə verilən təbii qaz üçün ödənişlərin Rusiya rublu ilə edilməsinə dair bir sıra tədbirləri həyata keçirmək qərarına gəldim”, - Putin qeyd edib. Rusiya prezidentinin Avropaya verdiyi müddət isə başa çatır.
Avropa isə Rusiyanın “təhdidinə” qarşı birlik nümayiş etdirmək qərarı alıb. Belə ki, “G7” ölkələri Rusiyaya qazın pulunu rublla ödəməyəcəklər”ini bəyan edib. Bu barədə Almaniyanın vitse-kansleri Robert Xabek məlumat yayıb. O bildirib ki, “G7” ölkələri Rusiyanın enerji idxalına görə rublla ödəniş tələbindən imtina edirlər. Vitse-kansler əlavə edib ki, Almaniya Rusiyadan təbii qaz idxalının dayandırılmasının bütün ssenarilərinə, o cümlədən Moskvanın birtərəfli qaydada tədarükü kəsməsi variantına belə hazırdır.
“Biz bütün ssenarilərinə hazırıq və təkcə dünəndən deyil. Almaniya hökuməti yeni ilin əvvəlindən bunun üzərində işləyir. Berlin Rusiyadan neft, qaz və kömür idxalı asılılığını tədricən azaltmağa səy göstərir”, - o vurğulayıb.
Vitse-kansler Moskvanın qazın pulunu rublla ödəməsi tələbini Qərbi parçalamaq cəhdi kimi qiymətləndirib. O, qaz tədarükünün rublla ödənilməsinin qəbuledilməz olduğunu söyləyib. Xatırladaq ki, “G7” dövlətlər qrupuna Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa, Yaponiya daxildir. Verilən qərarın Rusiya ilə enerji mübadiləsinə necə təsir göstərəcəyi isə sual doğurur.
Məsələ ilə bağlı fikirlərini bölüşən politoloq İlqar Vəlizadə bildirib ki, Rusiyanın bu etirazın qarşılığında ata biləcəyi iki addım var. Birinci variant, qaz ixracını davam etdirməkdir: “Qaz ixracı davam etsə belə, Rusiya öz tələblərindən geri çəkilməyəcək. Sadəcə “dost olmayan ölkələrə” verdiyi müddəti uzadacaq. İkinci variant isə Kremlin tələbinin yerinə yetirilməməsi qarşılığında qaz ixracına qadağa qoyulmasıdır. Hər iki variantın reallaşması mümkün görünsə də, indiki halda Rusiyanın qaz ixracını dayandırması inandırıcı deyil. Hazırda Rusiya qazının ən böyük ixrac bazarı məhz Avropadır. Qərbin iqtisadi sanksiyaları isə Rusiyanın maliyyə sistemini olduqca çətin vəziyyətə salıb. Bu çətinliyi sığortalamaq yalnız qazın satışı ilə mümkün ola bilər. Düşünürəm ki, Rusiya Avropaya qaz satmağa məcburdur. Düzdür, bu ticarətdə müəyyən şərtlərin dəyişməsi də istisna olunmur. Amma qaz ixracı dayanmayacaq. Çünki Rusiyanın qısa bir zamanda Avropa bazarına əvəzedici tapa bilmə imkanı yoxdur”.
İ.Vəlizadə enerji bazarında ənənəvi hesablaşma valyutasının ABŞ dolları olduğunu da dilə gətirib. “Bu, birjalardan da məlumdur. Milli valyuta ilə enerji daşıyıcılarını satmaq praktikası, demək olar ki, mövcud deyil. Əslində, buna ehtiyac da yoxdur. Çünki bütün enerji ixracatçıları məhz valyuta əldə etmək üçün öz məhsulunu dünya bazarına çıxarır. Düşünmürəm ki, praktikada belə bir hala rast gəlinsin”, - deyə o əlavə edib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17

