SOS: “BA.2” daha təhlükəlidir!
30.03.2022 [10:42]
MÜŞFİQƏ
Son günlər COVİD-19-un "Omikron" variantından daha təhlükəli növün aşkarlanması haqqında müxtəlif məlumatlar paylaşılır. "BA.2"-nin indәyәdәk 10 ölkәdә qeydә alındığı açıqlanıb. Bu barәdә ÜST-ün hәftәlik hesabatında bildirilib. Hesabatda "Omikron" ştamının altnövü olan "BA.2"-yә yoluxanların sayında artım olduğu vurğulanıb. Onun insan orqanizminə nə dərəcədә zәrәr verdiyi isə bilinmir. Qurumun aparıcı epidemioloqu Mariya van Kerkhov bildirib ki, "BA.2" variantı ən təhlükəli hesab olunur.
Eləcə də Danimarkanın Kopenhagen Universiteti ilə ölkənin səhiyyə nazirliyi birgə apardığı "BA.2"-nin daha yoluxucu olması öz təsdiqini tapıb. Elm adamları qeyd ediblər ki, bir evdə "Omikron"a yoluxma baş verərsə, digər ailə üzvlərinin yoluxma ehtimalı 29 faiz idisə, sözügedən ştama yoluxma ehtimalı isə 39 faizdir. Xüsusilə də, məktəblər və bağçalarda vaksin olunmamış uşaqlara yoluxma ehtimalı yüksəkdir.
Ölkəmizdə vəziyyət necədir?
Ölkəmizdə COVİD- 19-a yoluxma sayındakı rəqəmlər azaldıqca insanlar arasında rahatlıq yaranır və bu hal xəstəliyin yayılması üçün zəmin yaradır. Doğrudur, yeni ştam hələki ölkəmizdə qeydə alınmayıb, lakin rəsmi açıqlamaya görə, arxayınlaşmaq olmaz. Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazovun sözlərinə görə, qadağalar aradan qaldırılsa, bəzi yumşalmalar tətbiq edilsə də, bu, prosesin nəzarətdən çıxmasına səbəb olmur. O, bildirib ki, yenə də diqqətli olmaq lazımdır ki, əgər dövriyyəyə yeni bir ştam daxil olarsa, təbii ki, yeni bir dalğanı yaşamaq zərurəti yarana bilər.
"Aparılan ilkin müşahidələrə görə "BA.2" variantının aşkarlandığı şəxslərdə əsasən yuxarı tənəffüs yollarına aid şikayətlər qeydə alınır, burun axıntısı, öskürək, boğaz ağrısı, halsızlıq kimi əlamətlərlə özünü büruzə verir. Həmin mutasiyanın nə dərəcədə patoloji və yoluxucu olmasını araşdırmalar göstərəcək".
Bu fikirləri Azərbaycan Tibb Universitetinin ağciyər xəstəlikləri kafedrasının müdiri, dosent Rafiq Bayramov "BA.2" ştamı barədə qəzetimizə danışarkən deyib.
R.Bayramov bildirib ki, daha çox yapon alimləri bu barədə tədqiqatlar aparıb. Nəticədə 28 mutasiya aşkar olunub. Onun sözlərinə görə, sözügedən ştam "BA.1"ə nisbətən 9 dəfə çox ağciyərləri zədələyir. PCR testi ilə aşkar edilmir və daha təkmilləşdirilmiş müayinələrə ehtiyac yaranır.
"ÜST yeni ştama bu qədər həssas yanaşırsa, bu, həqiqətən vəziyyətin ciddiliyindən xəbər verir. "Omikron" BA.1 variantı şəklində keçən ilin qışından etibarən bütün dünyada dominant idi. Daha sonra BA.2 (“stels-omikron” adlandırılan) versiyası peyda oldu, onun xüsusiyyəti isə həddindən artıq yoluxucu mühitdir. Bu növ istənilən digər ştamla müqayisədə daha yoluxucudur. Hazırda dünyanın bir sıra regionunda BA.2 infeksiyasının səbəb olduğu koronavirusa yoluxma hallarında artım müşahidə olunur", - deyə mütəxəssis vurğulayıb.
Yenə də qayda dəyişmir. Gigiyenaya əməl etmək, tibbi maska taxmaq və üçüncü doza peyvənd olunmaq, xüsusilə bayram günlərindən sonra daha diqqətli hərəkət edərək virusdan qorunmaq lazımdır.
Xəbər lenti
Hamısına baxMaraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54

