Azərbaycanın təhsil naziri Marneuliyə gedib
21.02.2022 [12:22]
Təhsil naziri Emin Əmrullayevin Gürcüstana rəsmi səfəri davam edir.
Səfər çərçivəsində təhsil naziri İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin rektoru Giorgi Şarvaşidze ilə görüşüb. Bu barədə Təhsil Nazirliyindən bildiriblər.
Emin Əmrullayev Azərbaycan və Gürcüstanın ali məktəbləri arasında yaxşı əməkdaşlıq münasibətlərinin olduğunu deyib. Nazir qeyd edib ki, iki ölkə arasında təhsil sahəsində əlaqələrin inkişafı digər istiqamətlərdə də əməkdaşlığın genişləndirilməsinə imkanlar yaradır.
Emin Əmrullayev bildirib ki, Azərbaycan qonşu və dost Gürcüstan ilə bütün istiqamətlərdə, o cümlədən elm və təhsil sahəsində əlaqələrin daha da inkişafında maraqlıdır. Səfərin əsas məqsədlərindən biri də bununla bağlı fikir mübadiləsi aparmaqdır.
Rektor Giorgi Şarvaşidze öz növbəsində rəhbərlik etdiyi universitetin fəaliyyəti, beynəlxalq əməkdaşlığı barədə ətraflı məlumat verib. Diqqətə çatdırıb ki, İ.Cavaxişvili adına Tbilisi Dövlət Universiteti Azərbaycanın Gəncə Dövlət Universiteti, Xəzər Universiteti və digər ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir.
Söhbət zamanı iki ölkənin ali təhsil müəssisələri arasında tələbə mübadiləsi, təhsil sahəsində əməkdaşlıq, birgə elmi tədqiqatların aparılmasının vacibliyi vurğulanıb.
Azərbaycanın təhsil naziri Emin Əmrullayev Gürcüstana rəsmi səfəri çərçivəsində azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonuna da səfər edib.
“Report”un yerli bürosunun xəbərinə görə, o, Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinə (GAİM) baş çəkib.
İcraçı direktor Orxan Pirverdiyev mərkəzin fəaliyyəti barədə nazirə ətraflı məlumat verib.
E.Əmrullayev GAİM-in tədris otaqları ilə tanış olub, müəllim və şagirdləri ilə görüşüb.
Nazir Gürcüstanın təhsil nazirinin birinci müavini Tamar Maxaraşvili ilə birgə "Çay Evi"nin nəzdindəki Təhsil və İnkişaf Mərkəzini də ziyarət edib, kursların fəaliyyəti ilə tanış olub.
Təhsil nazirinin Marneuli, Bolnisi və Dmanisi rayonlarının azərbaycandilli orta məktəblərinin direktor və müəllimləri ilə görüşü də planlaşdırılıb.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

