3 milyondan çox insan sevinəcək
10.02.2022 [10:40]
352 milyonluq sosial paket
Nicat DİLQƏMLİ
2022-ci il üçün sosial islahatlar paketi 2,1 milyon insanı əhatə edir. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev BMT-nin Nazirlər Forumunda çıxışı zamanı deyib.
Nazir bildirib ki, ölkəmizdə son 3 ildə illik maliyyə dəyəri 5 milyard manat (təqribən 3 milyard ABŞ dolları) olan 3 sosial islahat paketi həyata keçirilib. Aparılan islahatlar nəticəsində həmin dövrdə sosial ödənişlər 65 faiz, minimum pensiya 2,2 dəfə, orta pensiya 60 faiz, minimum əməkhaqqı 2,3 dəfə, illik əməkhaqqı fondu 2 dəfədən çox artıb.
Nazir yoxsulluğa qarşı mübarizə tədbirlərindən biri olan ünvanlı dövlət sosial yardımı proqramından da bəhs edib. Ötən il 202 min ailə üzvü olan 47 min aztəminatlı ailənin ünvanlı yardımla təmin edildiyini, bu yardımın orta aylıq məbləğinin son bir ildə 17 faiz artdığını, 2020-ci ildə COVID-19 pandemiyası zamanı da ünvanlı yardım proqramının mühüm sosial dəstək rolu oynadığını vurğulayıb. O, həmçinin keçən il ölkə əhalisinin təxminən 4,6 faizinin və ya 466 min nəfərin aylıq və birdəfəlik sosial müavinətlə təmin edildiyini, son 3 ildə ölkəmizdə orta aylıq pensiyanın 60% artdığını qeyd edib.
Mövzu ilə bağlı “Yeni Azərbaycan”a danışan iqtisadçı-ekspert Elbrus Cəfərli bildirib ki, mərhələ-mərhələ həyata keçirilən sosial islahatlar paketinin həcmi artırılaraq 2020-ci ilin yanvar ayının 1-nə qədər təxminən 2 milyon nəfərə yaxın insanı əhatə edib: “Bunun da maliyyə tutumu təxminən 1.5 milyard manat təşkil edir. Prezident İlham Əliyevin “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncamının maliyyə tutumu 352 milyon manatdır: Beləliklə, bu, əvvəlki artımla birgə 3 milyon nəfəri əhatə edir. Sosial paketin ümumi maliyyə tutumu isə 1.9 milyard manat olacaq”.
Ekspert bildirib ki, dövlət büdcəsinin sosial ?önümlü xərcləri bu il təxminən 46.8 faizə çatdırılıb: “Yəni hər 100 manatdan 46.8 manatı birbaşa vətəndaşın sosial həyatı ilə bağlıdır. Sözügedən artımla bu 47 faizə çatdırılacaq. Hər 100 manatın 47 manatı vətəndaşa qaytarılmış olacaq. Dövlət büdcəsinin sosial müdafiə və təminat xərclərinin (təqaüdçülər, əlillər, müharibə veteranları, sosial müavinət alanlar və s.) 5.5 milyard manatını təşkil edəcək. Bu da ümumi büdcə xərclərinin 18-19 faizini təşkil edəcək”.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

