/ / Yeni ildən 2 milyondan çox insanı əhatə edən sosial paket icra olunacaq, sosial ödənişlər artacaq - Nazir
Yeni ildən 2 milyondan çox insanı əhatə edən sosial paket icra olunacaq, sosial ödənişlər artacaq - Nazir
30.11.2021 [13:38]
Yeni ildən 2 milyondan çox insanı əhatə edən sosial paket icra olunacaq, sosial ödənişlər artacaq.
Trend-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirlikdə növbəti kollegiya iclasında deyib. Prezident İlham Əliyevin tapşırığı ilə son illər sosial sahədə aparılan islahatları qeyd edən S.Babayev bu islahatların davam etdiyini bildirib.
Nazir vurğulayıb ki, dövlət başçısının imzaladığı “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncama uyğun olaraq 2022-ci ilin dövlət büdcəsinin layihəsində sosial ödənişlərin artırılması ilə bağlı islahatlar nəzərə alınıb. Əmək müqaviləsi ilə çalışanların böyük qisminin əməkhaqları artırılacaq. Bu islahat 1 milyonadək işçini əhatə edəcək. O cümlədən, minumum əməkhaqqında artım olacaq. Ümumilikdə, 2022-ci ilin əvvəlindən 2 milyondan çox insanı əhatə edən pensiya, müavinət, təqaüd, əməkhaqqı, sosial yardım formasında sosial ödənişlərdə artımlar olacaq.
S.Babayev bildirib ki, 2022-ci ildə minimum pensiyaların artımı ilə yanaşı, pensiyaların indeksləşdirmə əsasında artırılması da nəzərdə tutulur.
Qeyd olunub ki, ümumən pensiya islahatlarında məqsəd dövlət pensiya sisteminin davamlılığının qorunması ilə yanaşı, bu sistemdə yeni humanist yanaşmaların tətbiqi, pensiya təminatına əlçatanlığın artırılmasıdır. Son illərdə bu istiqamətdə mühüm addımlar atılıb, qarşıdakı dövrdə də davam edəcək.
İmtiyazlı kateqoriyalara aid vətəndaşların mənzillə təminatı proqramından bəhs olunub. 2021-ci il artıq şəhid ailələri, müharibə əlilləri və digər həssas kateqoriyadan olan 2500 şəxsə mənzillərin sənədi təqdim edilib. Həmçinin bu il daha 164 müharibə əlillinə dövlət büdcəsi hesabına minik avtomobili verilib.
İclasda daha 182 peşə və kvalifikasiya standartının təsdiq edilməsi qərara alınıb. Bildirilib ki, peşə və kvalifikasiya standartları işçi qüvvəsinin işəgötürənlərin tələbinə cavab verməsi və rəqabət qabiliyyətinin artırılması, peşə-ixtisas təhsili proqramlarının əmək bazarının tələblərinə uyğunlaşdırılması məqsədilə hazırlanır. Ümumən 2021-ci ilin ötən dövründə 700-dək peşə və kvalifikasiya standartı hazırlanaraq təsdiq edilib və ilin sonuna bu rəqəmin 1000-ə çatdırılması planlaşdırılıb.
Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi sahəsində aparılan işlər diqqətə çatdırılıb. Əməyin mühafizəsi üzrə beynəlxalq standart olan İSO 45001 əsasında milli standartların hazırlanması, Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində Əməyin Mühafizəsi Mərkəzinin yaradılması işlərinin sürətləndirilməsi tapşırılıb.
Əlilliyin qiymətləndirilməsi işlərindən bəhs olunub. Bu ilin ötən dövründə 51 minədək şəxsə əlillik təyin edildiyi, əlilliyi olan 8 min şəxsə 40 mindən çox protez-ortopedik və digər reabilitasiya vasitəsinin verildiyi, aşağı və yuxarı ətrafları amputasiya edilmiş 164 hərbçinin 173 ən müasir 4-cü nəsil elektron protezlə təmin edildiyi qeyd olunub.
Ödənişli ictimai işlər proqramının icrası, sosial təminatın həyata keçirilməsi, sosial xidmətlər, əlilliyin qiymətləndirilməsi və reabilitasiya, övladlığagötürmə və s. sahələrdə bu ilin ötən dövründə görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42

