Rauf Əliyev: Soçi görüşünün nəticələri Azərbaycanın maraqlarına uyğundur
29.11.2021 [13:28]
“Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistan baş naziri Nikolay Paşinyanın və Rusiya Federasiyasının Prezidenti Vladimr Putinin noyabrın 26-da baş tutan Soçi görüşünün nəticəsi olaraq imzaladıqları birgə Bəyanat Prezident İlham Əliyevin növbəti diplomatik uğurudur”. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rauf Əliyev deyib.
Deputat bildirib ki, sənəddə Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin və iqtisadi inkişafın təmin edilməsi naminə 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyənatlarda qəbul edilmiş bütün müddəaların bundan sonra ardıcıl surətdə yerinə yetirilməsinə və dönmədən riayət olunmasına sadiqlik ifadə olunur. Azərbaycan-Ermənistan sərhədində sabitlik və təhlükəsizlik səviyyəsinin artırılması üzrə tədbirlərin həyata keçirilməsi, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədini delimitasiyası, sonradan tərəflərin sorğusu əsasında Rusiya Federasiyasının yardımı ilə sərhədin demakrasiyası üzrə ikitərəfli komissiya yaradılması barədə razılığa gəlinib. Bəyanatda Azərbaycan, Ermənistan baş nazirlərinin müavinlərinin və Rusiya Federasiyası hökumətinin sədrinin müavininin birgə sədrliyi ilə reqionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə təsis edilmiş Üçtərəfli İşçi Qrupunun fəaliyyəti yüksək qiymətləndirilir və reqionun iqtisadi potensialının üzə çıxarılması məqsədilə konkret layihələrin tezliklə həyata keçirilməsinini zəruriliyi qeyd olunur. Bu o deməkdir ki, kommunikasiya xətlərinin o cümlədən Zəngəzur dəhlizi layihəsi də daxil olmaqla avtomobil və dəmir yollarının açılışı üzrə layihələrin işə salınması barədə qərar qəbul edilib.
Millət vəkilinin sözlərinə görə, noyabrın 26-da keçirilən görüşdən sonra qəbul edilmiş birgə Bəyanatla yanaşı, Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikolay Paşinyan görüşdən sonra mətbuata bəyanatla çıxış ediblər. Qeyd etmək lazımdır ki, həm birgə bəyanatda, həm də dövlət başçılarının bəyanatlarında bir dəfə də olsun “Dağlıq Qarabağ” ifadəsi yer almayıb. Bu o deməkdir ki, artıq Rusiya da, Ermənistan da “Dağlıq Qarabağ” ifadəsindən imtina etməyə razılaşıblar.
YAP İdarə Heyətinin üzvü qeyd edib ki, Soçidə qəbul edilmiş birgə Bəyanat, üçtərəfli görüş çərçivəsində Azəarbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə keçirdiyi ikitərəfi görüş və müzakirə olunan məsələlər Azərbaycan Rusiya münasibətlərinin şox yüksək səviyyədə olduğunu göstərdi: “Cənab Prezident İlham Əliyev mətbuat üçün bəyanatında qeyd etmişdir ki, “Azərbaycan üçün Rusiya dostdur, strateji tərəfdaşdır. Mən deyərdim ki, hətta strateli tərəfdaşlıqdan da artıqdır.Azərbaycan ilə Rusiya arasında etimada əsaslanan münasibətlərin səviyyəsi, o cümlədən ən həssas məsələlər barəsində Ermənistan ilə ortaq fikrə gəlməyimizə şərait yaradır. Düşünürəm ki, görüşümüzün yekununun nəticələri yaxşı olacaq, bu nəticələri çox gözləmək lazım gəlməyəcək, regionda vəziyyət daha təhlükəsiz və proqnozlaşdırılan olacaq”.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

