Elza Seyidcahan "poetikası" siyasi simalarda…
18.11.2021 [18:06]
Və ya Arif Hacılının "fındıq" dərdi
…Sındırmağa qozum yoxdur,
Sındırıram fındığımı.
Tozum yoxdur çırpmağa,
Sözüm yoxdur çığırmağa…
Heç bir poetik yükə malik olmayan bu "şeir parçası" Elza Seyidcahan "yaradıcılığının məhsuludur". "Müsavat" "başqanı" Arif Hacılının Zaqatala rayonunda başqasının fındıqlığına göz dikməsi isə "bu misra”lara yeni can verib, onları aktuallaşdırıb. Seyidcahanın poetik yük daşımayan şeirləri kimi A.Hacılı da “siyasi yükdaşıma” prinsiplərindən xeyli uzaqdadır.
Vidinə-fasonuna yaraşmayan böyük-böyük siyasi iddialarla camaatın başını-qulağını dəng edən A.Hacılı kasıb, sadə bir adamın kiçik fındıq bağına göz dikib. Kim bilir, bəlkə də bu kiçik fındıqlığı böyük “Fındıqland”a çevirməyi düşünür, bəlkə böyük biznes layihəsi həyata keçirməyi xəyal edir, məsələn, siyasi(?) zəifliyin dərmanını düzəltmək, yaxud şəkərbura-paxlava bişirmək, lap elə ləvəngi hazırlamaq... xub, nə deyirik ki? Ölkədə azad sahibkarlıq üçün hər cür imkan yaradılıbdır. Amma axı bunu niyə özgə bağına sahib olmaq azarından başlayasan? Cavab varmı? Yoxdur. Əvəzində şikayət var: sıravi vətəndaşın Müsavat başqanından şikayəti.
Əslində A.Hacılıda özgə malına və ya özgə yeminə göz dikmək, özgəyə qucaq açmaq, özgənin üstünə qaçmaq adətləri indinin söhbəti deyil. Təsadüf nəticəsində ölkə paytaxtında peyda olan bu adamın gözü elə o gündən bəri də onun-bunun "fındıqlığındadır". Hətta hakimiyyəti belə özgələrin verdiyi "fındıq"la zəbt etməyi düşünürdü. 1992-ci ilin mayında o vaxtkı Ali Sovetdə özündənrazı nitqi yəqin ki, çoxunun yadındadır: Adam deputatlara deyirdi ki, Bakıda inqilab olub, onların hakimiyyətə gəlməyinə özgə dövlətlər tərəfindən razılıq verilib. Hətta hakimiyyətə gəlməyi belə sabaha saxlamaq istəmir, deyir bu gün həll edək. Necə deyərlər, fındıq ola, nağd ola...
Bəli, Arif Hacılı hələ o vaxtı təsdiqləmişdi ki, İsa Qəmbəri hakimiyyətə gətirən Azərbaycan xalqı deyil, fındıqpaylayanlardır, yəni, ciddi-ciddi “dənizdən işarə”lərlə idarə olunduqlarını bəyan etmişdi. Elə oturduğu yerdəcə ona da bu fındıqdan pay düşəcəkdi deyə canfəşanlıq edirdi. Nəticədə, ölkəni qara günə qoyub aradan çıxdılar. Bəlkə də elə o vaxt da fındıqlığda gizlənmişdi, kim bilir?
Başqasının fındığına göz dikmək. Bütün məsələləri məhz bu kontekstdən anlayıb-qavramaq "azarı" A.Hacılını heç vaxt rahat buraxmayıb. Elə bu qavrayışla da "Müsavat" partiyasına yiyələnməyə nail oldu. "Müsavat"ı partiyadan çox, fındıqlıq - yəni gəlir mənbəyi kimi gördü, seçkiləri saxtalaşdırdı və əldə etdi. Partiyadaxili seçkini fındıq alverinə çevirən A.Hacılının bu dəfə hansı "dövlət(li)lərin" razılığını (fındığını) alması isə hələ də geniş ictimaiyyətə açıqlanmayıb. Amma bunsuz olmadığı hər kəsə bəllidir, üzünə vurmurlar.
Sədr kimi qaranlıq fəaliyyəti də yalnız "qazanc və qamarlamaq" prinsipləri üzərində məhdudlaşdı desək, doğru olardı. Ortaya nələr çıxmadı - saxta vəsiqə alveri, mühacir biznesi, xarici mərkəzlərdən verilən pulların mənimsənilməsi. Bunu kənardan demədilər, elə partiyasının üzvləri etiraf etdilər. Yəni, ötən 30 il Arif Hacılını bir fındıq dənəsi boyda belə düzəldə bilmədi. Düzəltsəydi, başqasının fındıq sahəsini əldə etmək üçün bu qədər canfəşanlıq etməzdi…
Pərviz
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

