/ / Bugünlərdə məlum olub ki, Əli Əliyevdən başqa Vətəndaş və İnkişaf Partiyasında ikinci bir adam da var imiş
Bugünlərdə məlum olub ki, Əli Əliyevdən başqa Vətəndaş və İnkişaf Partiyasında ikinci bir adam da var imiş
18.11.2021 [12:24]
Vüqar Seyidov
YAP Suraxanı rayon təşkilatının sədri
Mən Azərbaycan siyasi palitrasını rəngarəng edən bütün siyasi partiyalara və müxtəlif siyasi görüşlərə hörmətlə yanaşıram. Belə ki, hakim partiya olaraq Yeni Azərbaycan Partiyası siyasi mənsubiyyətindən asılı olmayaraq milli maraqlar ətrafında birləşən bütün siyasi partiyaların fəaliyyətinə ehtiramla yanaşır və dəstək olur. Lakin Vətəndaş və İnkişaf Partiyası (VİP) haqqında danışarkən milli və dövlət maraqları ətrafında birləşmək məfhumu yad bir anlayış kimi səslənir. Açığı mətbuata, Mərkəzi Seçki Komissiyasına və Vergilər Xidmətinə verdiyi məlumatlara nəzər yetirəndə başa düşmək çətin deyil ki, bu partiya indi real heç bir fəaliyyət göstərmir.
Cəmiyyətimizdə VİP kimi siyasi partiyaları yarıciddi, yarızarafatla “portfel partiyalar” adlandırırlar. Heç bir siyasi qurumu olmayan, yalnız sənəd üzərində fəaliyyət göstərən VİP-ə Əli Əliyev kimi qeyri-rasional bir adam “rəhbərlik” edir. Bu ifadə dırnaq arasında daha doğru səslənir. Çünki bütün günü demokratiyadan dəm vurmasına rəğmən özündən başqa bir adamın da efirlərdə görünməsinə icazə verməyən Əli Əliyev partiya daxilində diktatura rejimi formalaşdırmışdır. Əlbəttə, bu, onların daxili işləridir. Lakin hakim partiya olan YAP-ın ucqar kənd rayonlarının ərazi partiya təşkilatının üzvlərindən də az sayda üzvlərə malik bu yalançı qurumun qondarma sədri gərək nəyə, necə dil uzatdığını dərk etsin. Müzəffər Ali Baş Komandanın qərarlarını öz tüfeyli aləmində və balaca dünyasında müzakirə etməyə cəhd edən Əli Əliyevi cəmiyyətimiz qeyri-ciddi, öz ailə daxili münasibətlərini tənzimləyə bilməyən bir adam kimi tanımaqdadır.
Bugünlərdə məlum olub ki, sən demə Əli Əliyevdən başqa Vətəndaş və İnkişaf Partiyasında ikinci bir adam da var imiş. Cəmiyyət bundan xəbərsizdir. Çünki əldə etdiyimiz məlumata görə Əli Əliyev nə xarici missionerlərdən əldə etdiyi qonararların partiya daxilində paylaşılmasına, nə efirlərdə partiyanın rəhbər şəxslərinin iştirakına, nə də partiyadaxili demokratiyaya icazə vermir. Məhz bu səbəblərdən vaxti ilə Azərbaycan Milli İstiqlal Partiyasının Etibar Məmmədovla birgə qurucularından olan, 30 illik ictimai-siyasi xadim Əliyar Şirməmmədov VİP-in bütün rəhbər orqanlarından istefa verib. Mətbuata verdiyi açıqlamasında Əliyar Şirməmmədov partiya daxilində anti-demokratik bir mühitin hökm sürdüyünü ifadə etmişdir. Əslində bu, məlum olan bir hadisənin elanıdır.
Əli Əliyev son vaxtlar siyasi partiya liderliyindən daha çox youtuber kimi davranmaqdadır. Kanal-kanal gəzərək özünü “politoloq”, “siyasi şərhçi” kimi təqdim edərək ermənidən daha çox erməni mövqeyini dəstəkləyir. Ya doğrudan da əqli sağlamlığını itirib, ya da xəyanətkar mövqeyindən zövq alır. Başqa bir variant da ola bilər ki, siyasi partiya lideri kimi xalqın etimadını qazana bilməsə də, anti-milli mövqeyi ilə xaricidə ona pul buraxan “yiyələrinin” etimadını və pullarını qazana bilmişdir.
Sonda Əli Əliyevə tövsiyyə edərdim ki, siyasi fəaliyyətdən başqa bütün qeyri-ciddi və rasional olmayan işlərlə məşğul olan “portfel partiyasını” qapatsın. Çünki proseslər göstərir ki, artıq kağız üzərində belə Əli Əliyevdən başqa onun bir üzvü belə qalmayacaqdır. Eyni zamanda da Vətəndaş və İnkişaf Partiyasının əgər üzvləri varsa, təşəbbüs göstərərək bu xəstə ideologiyaya malik “lider”dən xilas olmalıdırlar.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21

