Arif Hacılı özgə fındığına göz dikib
18.11.2021 [10:30]
Vətəndaşlardan redaksiyamıza gələn şikayət məktublarını nəzərdən keçirərkən, diqqətimizi Zaqatala rayon sakini Nəsib Mikayılovun məktubu cəlb etdi. Şikayət “Müsavat” rəhbəri Arif Hacılı və onun həyat yoldaşı Nəzakət Hacılıdandır. Daha dəqiq desək, Nəsib Mikayılov Arif Hacılını məhkəməyə verib.
Şikayətçi ilə əlaqə saxladıq. Məlum oldu ki, A.Hacılı N.Mikayılovun xüsusi mülkiyyətində olan torpağa göz qoyub. Belə ki, Nəsib Mikayılovun qızı Aynur Mikayılovanın adına qeydiyyata düşmüş həmin torpaqdan fındıq bağı kimi istifadə olunur. Onun dediyinə görə, dolanışıqları da elə həmin bağın fındığından əldə etdikləri gəlirdən olur.
A.Hacılının həyat yoldaşı Nəzakət Hacılı isə dəfələrlə o bağa gəlib, bu bağın onlara məxsus olduğunu, builki məhsulu da özləri yığacaqlarını deyib. Bu hallar təkrarlandıqca, qarşı tərəfi bağdan çıxarmaq üçün N.Mikayılov hüquq-mühafizə orqanlarına müraciət edib. Elə əsl həngamə də bundan sonra başlayıb. Arif Hacılı sıravi bir insanın hansı hədlə onun ailəsinin sözünə qarşı olmasına qəzəblənib. N.Mikayılovun nömrəsinə dəfələrlə zəng edərək, əvvəlcə onu nalayiq söyüşlərlə təhqir edib və hədələyib: “Arif Hacılı (N.Mikayılov ona zəng edən nömrəni redaksiyamıza təqdim edib - red.) dedi ki, nəinki hüquq-mühafizə orqanından, heç kimdən qorxmur. Məni təhdid edərək başıma oyun açacağını dedi. Bu hədə-qorxu və alçaldıcı sözlərdən sonra əsəbdən səhhətimdə problemlər yaşamağa başladım və indiyədək həkim nəzarətindəyəm” .
Nəzakət Hacılı da sakit oturmayıb. “Facebook” sosial şəbəkəsində “Zaqatalanın doğru xəbər ünvanı” adlı qrupda Mikayılovlar ailəsi barəsində şər və böhtan xarakterli yazılar paylaşmağa başlayıb.
Nəsib Mikayılov şərəf və ləyaqətinin alçaldılması, ailəsinin mənəvi təhqir olunduğuna və səhhətindəki problemlərin məhz bu məsələdən sonra yarandığına görə, Arif Hacılıdan 20.000 manat təzminat tələb edir. Deyir ki, ədalətli qərar çıxanadək - sonadək gedəcək.
N. Bayramov
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

