Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır
18.11.2021 [10:27]
Rüstəm Nağıyev
YAP Gədəbəy rayon təşkilatının sədri səlahiyyətlərinin icraçısı
1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının təsis olunması müstəqil Azərbaycanın çağdaş dövlətçilik tarixində yeni mərhələnin başlanğıcını qoydu. Öz müstəqilliyinə yenicə qovuşmuş Azərbaycanda milli mənafe və dövlətçilik maraqlarının təmsilçisi olmaq kimi müqəddəs amalı özünün siyasi idealı, əsas strateji xətti seçən YAP-ın yaranması tarixi zərurətdən, o illərdə mövcud olmuş ideoloji-siyasi durumun doğurduğu milli tələbatdan irəli gəlirdi. YAP-ın qısa müddətdə cəmiyyətdə həlledici çoxluq tərəfindən ölkəni idarə etməyə qadir alternativsiz qüvvə kimi qəbul olunması da məhz Ulu Öndər Heydər Əliyevin fenomenal liderlik və idarəçilik keyfiyyətləri ilə şərtlənirdi. 1993-cü ilin məlum iyun böhranı zamanı xalqımız yekdil və qəti iradə nümayiş etdirərək Azərbaycanı düçar olduğu fəlakətlərdən qurtarmağa qadir yeganə şəxsiyyətə - Heydər Əliyevə müraciət etdi. Müasir dövlətçiliyimizin memarı Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanı sözün əsl mənasında məhv olmaqdan xilas etdi. Xalqın partiyası olan YAP yaranmasından 7 ay sonra iqtidar partiyası oldu.
Ötən 29 ildə Yeni Azərbaycan Partiyasının xalqın partiyası kimi təşəkkül tapmasında, qələbələr partiyası kimi tanınmasında əsas səbəb tutduğu yola sadiqliyi, populizmdən uzaq olması, hər addımında dövlətin maraqlarını üstün tutmasıdır. Azərbaycanın 30 illik müstəqillik tarixinin bələdçisi olan partiya müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətin son 18 ildə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində, əldə olunan uğurlar sayəsində özünəinamı və etimadı gücləndirir.
Bu gün ölkəmiz özünün sosial-iqtisadi inkişafının yeni yüksəliş dövrünü yaşayır. Ölkə həyatının bütün sahələrində yüksək tərəqqi, sürətli inkişaf nəzərə çarpır. Bu da təsadüfi deyil. Ulu Öndərimizin siyasi varisi Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi islahatlar ölkəmizin iqtisadi yüksəlişində, beynəlxalq müstəvidə siyasi dayaqlarımızın daha da möhkəmlənməsində, ölkədaxili sabitliyin qorunmasında, o cümlədən regionlarımızın inkişafında, ən əsası isə 30 illik erməni işğalına son verilməsində müstəsna rol oynadı. YAP hər zaman görülən işlərdə, aparılan fəaliyyətdə ön sıralarda yer alır. Təsadüfi deyil ki, ağır müharibə günlərində xalqın milli birliyinin formalaşmasında YAP üzərinə mühüm məsuliyyət götürdü və bu birliyin modelinə çevrildi.
YAP Gədəbəy rayon təşkilatının çoxsaylı üzvləri də daim ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək, hədəflərin gerçəkləşməsinə öz töhfələrini verməyə çalışırlar. Partiyamızın üzvləri yeni çağırışların həyata keçirilməsində daim ön sıralarda olub. Hazırda rayon təşkilatı 80 ərazi ilk partiya təşkilatında 5816 partiya üzvünü birləşdirir. Partiya üzvlərinin 2098 nəfəri qadın, 2273 nəfəri isə gənclərdir. Partiyanın hər bir üzvü Ümummilli Lider Heydər Əliyevin ideyalarına sadiqliyini nümayiş etdirərək onun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qüdrətlənməsi və inkişafı, rayonumuzun rifahı naminə əllərindən gələni əsirgəmir, bundan sonra da bu yolla inamla addımlayacaqlar.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21

