YAP dünyada nüfuzlu güc mərkəzi kimi qəbul olunmaqdadır
18.11.2021 [10:24]
Ramiz Hüseynov
YAP İdarə Heyətinin üzvü,
YAP Sumqayıt şəhər təşkilatı sədri vəzifələrinin icraçısı
Cənubi Qafqazın ən mütəşəkkil siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası (YAP) siyasi mübarizələrlə dolu çətin və şərəfli bir yol keçib. Hər zaman yeni çağırışlara, müasir islahatlara açıq olan, dövlətimizin inkişafında özünəməxsus yerə malik YAP ümumxalq partiyası kimi siyasi proseslərin avanqard qüvvəsi statusunda çıxış edib.
1992-ci ildə Azərbaycan xalqının arzu və istəklərinin ifadəçisi kimi yaranan YAP çağdaş tariximizin ən təlatümlü dövründə siyasi proseslərin mərkəzində yer aldı. O dövrdə suverenliyini, müstəqilliyini itirmək qorxusu yaşayan Azərbaycandan müasir, inkişaf yoluna qədəm qoyan Azərbaycana gedən yolda YAP Ulu Öndər Heydər Əliyev ideyalarının təbliğində müstəsna rol oynadı. 1993-cü ilin iyun ayında Heydər Əliyevin ölkə rəhbərliyinə yenidən qayıdışı ilə Yeni Azərbaycan Partiyası müxalifət partiyasından iqtidar partiyasına çevrildi. Ölkənin hakim partiyası kimi YAP müstəqillik tariximizdə əhəmiyyətli yerə malik oldu. Ulu Öndərin milli məfkurəsindən güc alan bu partiya qısa zamanda ölkədə sabitliyi bərqərar edən, demokratik dəyərlərə üstünlük verən, hüquqi, demokratik, dünyəvi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinə layiqli töhfələr verən real siyasi qüvvə kimi özünü təsdiq etdi.
Bu gün də YAP Prezident İlham Əliyevin rəhbərliyi ilə milli dəyərlərə söykənərək inkişaf edir. Ona görə də partiyamız Azərbaycanın ən böyük siyasi təşkilatı olmaqla bərabər, həm də öz xalqına ən yaxın siyasi təşkilatdır. YAP bu gün təkcə Azərbaycanda deyil, ölkəmizin hüdudlarından çox-çox uzaqlarda qəbul olunan nüfuzlu güc mərkəzidir. YAP-ın zəfərlər partiyası kimi nüfuz qazanmasını şərtləndirən əsas amil həmişə xalqın böyük əksəriyyətinin dəstəyini qazanmasıdır.
29 illiyini böyük təntənə ilə qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan Yeni Azərbaycan Partiyası ölkə qarşısında duran problemləri həll etməyə qadir, siyasi həyatda özünü təsdiqləmiş monolit bir qüvvədir. Partiya hər bir qərarında Heydər Əliyev ideyalarına, Onun milli məfkurəsinə əsaslanaraq dövlətin, xalqın maraqları zəminində öz fəaliyyətini qurur. Məhz bu yolda inkişaf edən, günü-gündən böyüyən və xalqın partiyasına çevrilən YAP öz fəaliyyəti ilə sübuta yetirir ki, yalnız bu günün yox, həm də gələcəyin partiyasıdır.
Müasir Azərbaycan tarixinin ən qürurverici səhifələrindən olan 2020-ci ilin Vətən müharibəsi dövründə YAP siyasi təşkilat olaraq cəmiyyətdəki avanqard rolunu növbəti dəfə ortaya qoydu. Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin apardığı qətiyyətli siyasətin təbliğatçısına çevrilən YAP üzvləri bir nəfər kimi ölkəmizin uğurları, qələbəsi üçün səfərbər oldu. Təsadüfi deyil ki, YAP-ın VII qurultayındakı çıxışında partiyamızın Sədri, cənab Prezident partiyamızın üzvlərinin fəaliyyətini yüksək qiymətləndirdi.
Partiyamızın yerli təşkilatları bu istiqamətdəki fəaliyyətlərini indi də davam etdirməkdədirlər. Müzəffər qələbəmizin birinci ildönümü, o cümlədən şəhidlərimizin anım günləri ilə bağlı tədbirlər fəaliyyətimizin mühüm hissəsini təşkil etməkdədir. Bu tədbirlərdə insanlarla ünsiyyətimiz zamanı Azərbaycan xalqının öz Prezidentinə, Yeni Azərbaycan Partiyasına, Heydər Əliyev siyasətinə sevgisi və inamının bir daha şahidi oluruq.
YAP Sumqayıt şəhər təşkilatı da öz fəaliyyətini partiyanın Nizamnamə və Proqramına, partiya rəhbərliyinin tapşırıq və tövsiyələrinə uyğun qurur. Hazırda YAP Sumqayıt şəhər təşkilatının sıralarında 28572 nəfər partiya üzvü fəaliyyət göstərir. Gənclər şəhəri olan Sumqayıt partiya təşkilatında birləşən üzvlərimizin böyük əksəriyyəti- 13772 nəfərini gənclər təşkil edir. Uğurlu keçirilmiş 2018-ci ilin prezident, 2019-cu ilin bələdiyyə, 2020-ci ilin parlament seçkiləri ölkəmizin ictimai-siyasi həyatında önəmli yer tutmuşdur. Zəfərlə nəticələnmiş Vətən müharibəsi isə yaddaşlarımıza və tariximizə əbədi yazıldı.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

