Ombudsman beynəlxalq ictimaiyyəti Xocalı soyqırımına hüquqi qiymət verməyə çağırıb - BƏYANAT
23.02.2026 [14:36]
Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Xocalı soyqırımının ildönümü ilə əlaqədar beynəlxalq təşkilatlara bəyanat ünvanlayıb.
AZƏRTAC xəbər verir ki, bəyanat Xocalı soyqırımının ildönümü ilə əlaqədar Xankəndidə yerləşən Qarabağ Universitetində keçirilən tədbirdə səsləndirilib.
Bəyanatda deyilir: “26 fevral 1992-ci il tarixində Xocalı şəhərində 106-sı qadın, 63-ü uşaq və 70-i ahıl olmaqla, ümumilikdə, 613 nəfər dinc və silahsız mülki əhalinin etnik mənsubiyyətinə görə məqsədli şəkildə, ağır işgəncələrə məruz qalaraq qətlə yetirilməsindən 34 il ötür.
Ermənistan silahlı qüvvələrinin keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının bilavasitə iştirakı ilə Xocalı şəhərində məhz etnik azərbaycanlı olduqlarına görə mülki əhalinin amansızcasına qətlə yetirilməsi Ermənistan tərəfindən azərbaycanlılara qarşı həyata keçirilmiş sistemli və məqsədyönlü soyqırımı siyasətinin tərkib hissəsi olmuşdur.
Xocalı soyqırımı nəticəsində 8 ailə tamamilə məhv edilmiş, 130 uşaq bir valideynini, 25 uşaq isə hər iki valideynini itirmiş, habelə 68-i qadın, 26-sı uşaq olmaqla 1275 nəfər girov götürülmüş, ağır müharibə cinayətləri törədilmişdir.
Soyqırımı cinayətinin əlamətlərini özündə ehtiva edən bu ağır cinayət əməli bəşər tarixinin ən faciəvi səhifələrindən biri olmaqla, fundamental insan hüquq və azadlıqlarının kobud şəkildə pozulmasıdır. Əvvəlcədən planlaşdırılmış bu cinayətlər etnik azərbaycanlıları milli əlamətlərinə görə qətlə yetirmək, onları tarixən yaşadıqları torpaqlardan zorla didərgin salmaq, əhali arasında qorxu və vahimə yaratmaq məqsədi daşımışdır.
Xocalı soyqırımı törədilən zaman beynəlxalq insan hüquqları hüququ, beynəlxalq humanitar hüquq normaları, o cümlədən “Mülki və siyasi hüquqlar haqqında”, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” beynəlxalq paktların, “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında”, “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə”, “Uşaq hüquqları haqqında”, “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında”, həmçinin “Müharibə qurbanlarının müdafiəsi haqqında” Cenevrə konvensiyalarının müddəaları, xüsusilə insanların yaşamaq, şəxsi toxunulmazlıq, mülkiyyət, işgəncəyə məruz qalmamaq və digər fundamental hüquqları kobud şəkildə pozulmuşdur.
Xocalı soyqırımına ilk siyasi-hüquqi qiymət Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən verilmiş və 26 fevral tarixi Xocalı Soyqırımı Günü kimi elan olunmuşdur.
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınması, bu cinayət əməlinə hüquqi və siyasi qiymətin verilməsi məqsədilə davamlı olaraq həyata keçirilən “Xocalıya ədalət” kampaniyası bu soyqırımı hadisəsi ilə bağlı beynəlxalq səviyyədə məlumatlılığın artırılması və ədalətin bərqərar olunması baxımından mühüm əhəmiyyət kəsb edir.
Vətən müharibəsindən və lokal xarakterli antiterror əməliyyatından sonra işğaldan azad olunmuş ərazilərimizdə, o cümlədən Xocalı şəhərində yenidənqurma işləri sürətlə aparılır, sakinlər öz doğma torpaqlarına qayıdırlar.
Həmin ərazilərdə aparılan bərpa və quruculuq işləri zamanı kütləvi məzarlıqlar aşkar edilmiş, işgəncələrə məruz qalaraq qətlə yetirilmiş insanların qalıqları tapılaraq identifikasiya edilmiş və dəfn olunmuşdur. Bu faktlar Xocalı soyqırımının və törədilmiş ağır müharibə cinayətlərinin danılmaz və təkzibedilməz sübutlarıdır.
Xocalı soyqırımında və xalqımıza qarşı törədilən cinayətlərdə iştirak edən bir sıra şəxslər lokal xarakterli antiterror əməliyyatından sonra həyata keçirilən tədbirlər zamanı tutulmuş və artıq onlar beynəlxalq hüquq normaları nəzərə alınmaqla Azərbaycan Respublikasının milli qanunvericiliyi çərçivəsində mühakimə olunurlar.
Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini dərin ehtiramla yad edir, beynəlxalq təşkilatları və dünya ictimaiyyətini XX əsrin ən qanlı qətliamlarından biri sayılan bu soyqırımı cinayətinə hüquqi qiymət verilməsi, dəhşətli cinayət əməlinin törədilməsində təqsirkar şəxslərin hamısının ədalət mühakiməsinə cəlb edilməsi istiqamətində qətiyyətli addımlar atmağa dəvət edirəm”.
Bəyanat BMT-nin Baş katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan hüquqları üzrə ali komissarına, BMT-nin Qaçqınlar üzrə ali komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, UNICEF-in, UNESCO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar institutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, Türk Dövlətlərinin Ombudsmanlar və Milli İnsan Hüquqları İnstitutları Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilib.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10

