Yerusəlimdə Azərbaycan multikulturalizmi modeli təqdim olunub
28.01.2026 [14:30]
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov İsrailin Yerusəlim şəhərində keçirilən Avropa Ravvinləri Konfransının 70-ci Yubiley tədbirində iştirak edib.
Rəvan Həsənov konfrans çərçivəsində təşkil olunan “İnam, təhlükəsizlik və birgə dinc yanaşı yaşama” (Faith, Security and Shared Peaceful Coexistence) mövzusunda panel iclasında məruzə ilə çıxış edib. Panel iclası tanınmış siyasi müxbir və “The Daily Edition” proqramının aparıcısı Ofer Hadadinin moderatorluğu ilə keçirilib. Müzakirələrdə həmçinin İsrailin Diaspor və İrs naziri Amiçai Eliyahu, Almaniyanın İnsan Hüquqları üzrə Beynəlxalq Cəmiyyətinin və Beynəlxalq Dini Azadlıq İnstitutunun prezidenti yepiskop Tomas Paul Şirrmaxer, İsraildəki Druz icmasının ruhani lideri Şeyx Müvəffəq Tarif, eləcə də Qüdsün köməkçi yepiskopu Monsinyor Rafic Nahra çıxış ediblər.
İcraçı direktor çıxışı zamanı bildirib ki, Azərbaycanda multikulturalizm yalnız dövlət siyasəti deyil, eyni zamanda cəmiyyətin həyat tərzidir. O qeyd edib ki, ölkəmizdə müxtəlif etnik və dini icmalar – yəhudilər, xristianlar, müsəlmanlar və digər azlıqlar əsrlər boyu sülh, qarşılıqlı hörmət və etimad şəraitində birgə yaşayırlar. Rəvan Həsənov xüsusilə vurğulayıb ki, yəhudi icması Azərbaycanda min illərdir təhlükəsizlik və azadlıq mühitində yaşayır, ölkədə mövcud olan zəngin yəhudi mədəni irsi, sinaqoqlar və dini icmalar bu dinc birgəyaşayış modelinin bariz nümunəsidir.
O, çıxışında beynəlxalq müstəvidə artan təhlükəsizlik çağırışlarına, dinin siyasiləşdirilməsi tendensiyasına, eləcə də ksenofobiya, islamofobiya və antisemitizm kimi halların yayılmasına da toxunub. Rəvan Həsənov qeyd edib ki, dinin siyasi məqsədlər üçün sui-istifadə edilməsi və süni şəkildə yaradılan ekstremist hərəkatlar müxtəlif dinlər arasında etimadsızlığı və uçurumu daha da dərinləşdirir. Bu problemlərin aradan qaldırılması üçün beynəlxalq təşkilatların, dini mərkəzlərin və dövlətlərin koordinasiyalı və birgə fəaliyyətinin vacibliyini xüsusi vurğulayıb.
Rəvan Həsənovun çıxışı Azərbaycanın multikulturalizm siyasətinin beynəlxalq miqyasda uğurla təqdimatı, eləcə də dinlərarası harmoniyanın möhkəmləndirilməsinə yönəlmiş əhəmiyyətli töhfə kimi dəyərləndirilib. Onun səsləndirdiyi mesajlar sülh, qarşılıqlı hörmət və ortaq dəyərlər əsasında gələcək əməkdaşlıq üçün güclü mənəvi çağırış kimi yadda qalıb.
Tədbirin sonunda Azərbaycanın multikultural dəyərlərə, dinlərarası harmoniyaya verdiyi töhfəyə və ölkənin tolerantlıq modelinə göstərilən yüksək ehtiramın ifadəsi olaraq Rəvan Həsənova yəhudi icmaları adından imanın, tövbənin və ruhani oyanışın simvolu Şofar musiqi aləti təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Gündəm
13 İyul 19:55
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00

