Zəfərin beşinci baharı: Qələbədən quruculuğa!
08.11.2025 [09:39]
Tarixin böyük zaman axarında beş il bəlkə bir göz qırpımıdır, amma bizim üçün bu beş ilin içində bir əsrlik dirçəlişin, böyük qayıdışın silinməz izləri var. Çünki düz beş il əvvəl məhz bu günlər Azərbaycan öz xoşbəxt gələcəyinə qapı açdı - ədalətin, haqqın və sarsılmaz suverenliyin qapısı.
Bu gün yaşadığım, fəaliyyət göstərdiyim Xankəndi şəhərinin geniş küçələrində hər addımda həyat eşqi duyulur. Təhsil ocaqlarından çıxıb evlərinə tələsən uşaqların, yeniyetmələrin, gənclərin şən, xoşbəxt səsləri ətrafa yayılır. Qarabağın mərkəzi, Böyük Qayıdışın paytaxtı illər sonra ilk dəfə bu qədər azad və dolğun nəfəs alır.
Beş il öncə bu torpaqlarda yad, boğucu bir sükut hökm sürürdü. Bu gün o sükutu üçrəngli bayrağımızın küləkli havada xoş bir xışıltı ilə dalğalanan zərif səsi pozur. Bu, bizim azadlıq nəğməmizdir.
Xüsusən də Qarabağ Universitetinin həyətində gənclərin gur səsi gələcəyə atılan ən böyük addımdır. Onların universitetə doğru atdığı hər addım Zəfərin ən böyük davamçısıdır. Unutmayaq ki, torpaqlar hərblə azad edilir, amma yalnız elm, bilik və güclü düşüncə ilə qorunur, inkişaf etdirilir.
Azərbaycan bu Zəfərlə sadəcə sərhədlərini bərpa etmədi. O, özünün tarixi iradəsini, milli birliyini və əzəmətli dövlətçilik ruhunu bərpa etdi. Dünya gördü ki, bu xalq təkcə keçmişinin varisi deyil, həm də gələcəyinin qətiyyətli sahibidir. Beş il əvvəl cəbhədə ucalan bayraq indi Xankəndidə, Şuşada, Ağdamda qürurla dalğalanır.
Bu torpaqlarda elm, mədəniyyət və tükənməz yaradıcı ruh hökmrandır. Bu şəhərin küçələrində səslənən Azərbaycan dili - dövlətimizin suverenliyinin ən güclü və danılmaz bəyanıdır. Biz indi bu səslə, bu ruhla yeni bir dirçəliş tarixi yazırıq.
Böyük qələbəmizi yaşadır, ucaldır və gələcəyə ötürürük. Qarabağ artıq sadəcə qələbə torpağı deyil, həm də bərpa, quruculuq, tolerantlıq və birgə yaşama mədəniyyətinin təməl daşının qoyulduğu məkandır.
Bu gün Qarabağda atılan hər təməl daşı, çəkilən hər yol, tikilən hər yeni ev dözümlülüyün və milli qətiyyətin simvoludur. Xankəndidəki tikinti meydançalarından gələn səslər – kranların, yenidənqurma maşınlarının səsləri – keçmişin ağır sükutunu qovaraq, işıqlı gələcəyin musiqisini ifa edir.
Qarabağın iqtisadi damarları yenidən canlanır. Bu torpaqlara qayıdan hər sakin özü ilə bərabər yeni ümid, yeni enerji gətirir. Onlar doğma ocaqlarında yeni bir həyat qurur, Qarabağın zəngin mədəniyyətini yeni dövrə daşıyırlar.
Bu beş il bizə göstərdi ki, güclü dövlət və sarsılmaz xalq birliyi ilə hər cür çətinliyin öhdəsindən gəlmək mümkündür. Zəfərin ardınca gələn bu böyük quruculuq dövrü Azərbaycanın sülhə, sabitliyə və regionun inkişafına olan qətiyyətli sadiqliyini nümayiş etdirir. Xankəndi indi regional tərəqqinin, dialoqun və qonşuluq münasibətlərinin inkişaf etdiyi bir mərkəzə çevrilir.
Bizim beşinci baharımız – daim yüksəlişin, inkişafın və əbədi qayıdışın rəmzidir. Bu, Azərbaycanın öz tarixi taleyinin sahibi kimi tam təsdiqləndiyi, haqqın və ədalətin bərqərar olduğu bir dövrdür. Qarabağ bu gün bütün Azərbaycanın ürəyində döyünən, milli birliyimizin və suverenliyimizin sarsılmaz qalasıdır!
Günel Abbas
Xəbər lenti
Hamısına baxDünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54

