Qərəzsiz, tərəfsiz və obyektiv informasiya məkanı
29.08.2025 [08:57]
İTV 20 yaşında...
Ənənəvi informasiya vasitələrindən biri olan televiziya internet və sosial medianın inkişafı nəticəsində müəyyən çətinliklərlə üzləşsə də, öz unikal xüsusiyyətlərini qoruyub saxlayır. Bu gün İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İctimai Televiziya və İctimai Radio) fəaliyyətə başladığı gündür. Şirkətin 20 yaşı tamam olur. İctimai TV ölkəmizdə müstəqil yayımçılıq prinsiplərinə əsaslanan ilk televiziya kanallarından biridir. Televiziya artıq 20 ildir ki, Azərbaycan cəmiyyətinə xidmət edir və yarandığı gündən bəri qərəzsiz, tərəfsiz və obyektiv informasiya məkanı kimi tanınır.
Xatırladaq ki, şirkət “İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 5 noyabr 2004-cü il tarixli fərmanına əsasən yaradılıb.
Milli Televiziya və Radio Şurasının (MTRŞ) 22 avqust 2005-ci il tarixli qərarı ilə İctimai Televiziya və Radio Yayımları Şirkətinə televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) verilib. Həmin ilin 29 avqust tarixində isə fəaliyyətə başlayıb.
Avropa Yayım İttifaqının üzvü olan telekanalın verilişləri bütün Azərbaycan ərazisində yayımlanır. Həmçinin televiziya 2022-ci il yanvarın 28-də “Azerspace-1” peykində HD yayım formatına keçib.
İctimai Televiziya respublikamızın zəngin və rəngarəng efir məkanında tamamilə fərqli, ictimai yayım prinsiplərinə uyğun proqramlar təqdim edir. Bir sözlə, İTV Azərbaycan teleməkanına yeni nəfəs gətirib. Təbii ki, buna düzgün idarəçilik və çalışqan kollektivin birgə əməyi sayəsində nail olunub. Telekanal öz ənənəsinə bu gün də sadiqdir. İctimai TV-nin proqram şəbəkəsi günbəgün genişlənir və müxtəlif janrları əhatə edir. Xəbər proqramları, siyasi tok-şoular, təhsil proqramları, sənədli filmlər, musiqi və mədəniyyət verilişləri kanalın əsas fəaliyyət istiqamətini təşkil edir. Xəbərlər bölümündə ölkədə və dünyada baş verən mühüm hadisələrlə bərabər, sosial, iqtisadi və mədəni mövzulara da diqqət yetirilir. İTV həmçinin Azərbaycan mədəniyyəti, tarixi və ədəbiyyatı haqqında proqramlar hazırlayaraq milli dəyərlərin qorunması və təbliğinə töhfə verir.
Telekanal yalnız xəbər proqramları ilə deyil, həm də maraqlı və rəngarəng verilişləri ilə də fərqlənir. Bu verilişlər fərqli mövzularla müxtəlif auditoriyaların maraqlarını təmin edir və eyni zamanda maarifləndirmə işi aparır. Sosial, mədəni, iqtisadi və təhsil sahələrində hazırlanan proqramlar, cəmiyyətin müxtəlif təbəqələrinin maraqlarını nəzərə alaraq, onların məlumatlandırılması və maarifləndirilməsinə xidmət edir. Bu verilişlər vasitəsilə İTV tamaşaçılarına dəyərli və zəngin kontent təqdim edir, aktual məsələlər haqqında müzakirə platforması yaradır. İTV öz ənənəsinə sadiq qalaraq cəmiyyətin inkişafı üçün mühüm mövzuları işıqlandıran və auditoriyanın maraqlarına cavab verən proqramlar hazırlayır.
Azərbaycan vətəndaşlarının marağına xidmət edən televiziya milli-mənəvi dəyərlərimizi qorumaq, plüralizmi inkişaf etdirmək yolunda səylərini davam etdirir. Daimi tamaşaçı və dinləyicilərinin qəlbinə yol tapan İTV hər mövsümdə yeni formatlarda verilişlər, layihələrlə izləyicilərin görüşünə gəlir. İctimai TV-nin əsas missiyası Azərbaycan cəmiyyətinə xidmət etmək, ictimai maraqları qorumaq və maarifləndirmə funksiyasını yerinə yetirməkdir. Qeyd edək ki, 44 günlük Vətən müharibəsi dönəmində də İctimai Televiziya informasiya müharibəsinin ilk sıralarda yer alıb.
İctimai Televiziya və Radio Yayımları Şirkətinin bütün əməkdaşlarını təbrik edir, yaradıcılıqlarında yeni uğurlar arzulayırıq!
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24

