Rumıniya Senatının nümayəndə heyəti Xankəndidə olub
22.08.2025 [21:56]
Xankəndi şəhərinin Baş planı təsdiqlənmək üzrədir. Bu gün qarşıda duran əsas vəzifə şəhərin yenidən qurulmasıdır. Hazırda Xankəndidə “Zəfər parkı” salınır, “Zəfər muzeyi” bərpa olunur, inzibati binalar tikilir, yaşayış evləri bərpa edilir, yeni infrastruktur layihələr həyata keçirilir. Dayanıqlı məskunlaşmanın təmin edilməsi, infrastruktur və iqtisadiyyatın bərpası prioritet istiqamətlərdəndir. Burada investorlar üçün münbit şərait var. Hazırkı dövrədək əraziyə investorlar tərəfindən 56 milyon manatdan çox investisiya qoyulub. Fəaliyyətə başlamış sahibkarlıq subyektləri üzrə 2 min 200-ə yaxın şəxs işlə təmin olunub. İlin sonunadək digər obyektlər fəaliyyətə başladığında iş yerlərinin sayı 5 mini ötəcək.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, bu fikirlər bu gün Xankəndidə səfərdə olan Rumıniya Senatının Maramureş vilayətindən seçilmiş üzvü, Rumıniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Kristian Auqustin Nikulesku Tsıqırlasın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin rəsmiləri tərəfindən səslənib. Qonaqlara əhalinin məskunlaşması barədə də məlumat verən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İcraçı direktoru Telman Kərimli deyib ki, Xocalı şəhəri və Ağdərə rayonuna ailələrin köçü təmin olunub. Bu günədək Xocalı və Ağdərədə 770 ailə məskunlaşıb. İlin sonunadək isə 800 ailənin köçürülməsi planlaşdırılıb.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov isə Xankəndinin gənclər şəhəri kimi formalaşacağından danışıb. Bildirilib ki, Qarabağ Universiteti bölgənin gənc kadrlarla təmin edilməsi və elm mərkəzinə çevrilməsi üçün mühüm əhəmiyyət kəsb edəcək. Gələcəkdə Qarabağ Universitetinin Maramureş vilayətindəki Texniki Universitetlə əməkdaşlığı da nəzərdən keçirilə bilər.
İlk dəfədir ki, Xankəndiyə səfər etdiyini deyən Rumıniya Senatının Maramureş vilayətindən olan üzvü Kristian Auqustin Nikulesku Tsıqırlas isə Qarabağın gözəlliyindən, füsunkar təbiətindən, turizm və sənaye potensialından, Xankəndi ilə Maramureş vilayətinin əməkdaşlıq imkanlarından söz açıb. Bura mədəniyyət və incəsənət sahəsində folklor, musiqi, rəqs və teatr festivallarının qarşılıqlı təşkili, qardaşlıq münasibətlərini simvolizə edən “Mədəniyyət günləri”nin keçirilməsi, turizm, iqtisadiyyat, təhsil, ictimai diplomatiya sahəsində əməkdaşlıq da daxildir.
Azərbaycanın Rumıniyadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov da regionlararası əməkdaşlığın ölkələr üçün də vacib olduğunu deyib.
Xankəndidə olan qonaqlara milli atributları xatırladan müxtəlif hədiyyələr də təqdim olunub. Rumıniya parlamentinin üzvləri Xankəndi şəhərində gedən bərpa-quruculuq işləri ilə də tanış olub, Qarabağ Universitetini ziyarət edib, Şuşa şəhərini gəziblər.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

