Bakıda Türkiyənin Demokratiya və Milli Birlik Günü münasibətilə tədbir keçirilib
15.07.2025 [12:54]
Bu gün Bakıda Türkiyənin Azərbaycandakı səfirliyində "15 İyul - Demokratiya və Milli Birlik Günü"nün 9-cu illiyi münasibətilə anım tədbiri keçirilib. Tədbir bütün şəhidlərin xatirəsinə sayğı duruşu ilə başladıqdan sonra Azərbaycanın Dövlət Himni və Türkiyənin İstiqlal Marşı oxunub.
Anım tədbirində çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün 15 iyul hadisələrini xatırlayaraq bu tarixin Türkiyənin tarixində çox önəmli dönüş nöqtəsi olduğunu bildirib. Onun sözlərinə görə, xain hücumun dəf edilməsində ən böyük pay dövləti və milləti üçün canından keçməyə hazır olan Türkiyə xalqının adı ilə bağlıdır. Həmçinin səfir qeyd edib ki, 9 il ərzində Türkiyə FETÖ ilə mübarizə aparıb və əlbəttə bu terror təşkilatı tamamilə məhv edilənədək də mübarizəyə davam ediləcək.
Həmçinin səfir Azərbaycanın da həmin günlərdə dəstəyindən danışaraq həmçinin, çevrilişə cəhd vaxtı Azərbaycan Prezidenti İlham Əliyevin dəstək zəngini xatırladıb.
15 iyul - Demokratiya və Milli Birlik Günü” münasibətilə keçirilən anım tədbirində xarici işlər nazirinin müavini Samir Şərifov öz çıxışında bildirib ki, Azərbaycan və Türkiyə daim bir-birlərinin yanındadır, bu hər zaman belə olacaq.
Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov isə Azərbaycan-Türkiyə arasında dostluq, qardaşlıq əlaqələrinin çox böyük uğurla inkişafından fəxarət hissi ilə danışıb.
Sonda 15 iyul 2016-cı il mübarizəsini əks etdirən videomaterial təqdim olunub.
Ardınca gənc ifaçıların təqdimatında “15 temmuz dastanı” və “Çırpınırdı Qara dəniz” əsərləri şəhidlərimizin əziz xatirəsinə ehtiram əlaməti olaraq ifa edilib.
Xatırladaq ki, səfirliyin Nuri paşa zalında təşkil olunan tədbirdə Quzey Kıprıs Türk Cümhuriyyətinin Bakı təmsilçisi, Azərbaycanın millət vəkilləri, hökumət nümayəndələri, media təmsilçiləri və digər qonaqlar iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

