/ / “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda beynəlxalq elmi konfransla bağlı mətbuat konfransı keçirilib
“İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda beynəlxalq elmi konfransla bağlı mətbuat konfransı keçirilib
23.05.2025 [16:02]
Mayın 23-də “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda beynəlxalq elmi konfransla bağlı mətbuat konfransı təşkil olunub. Mətbuat konfransında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev mayın 26-27-də təşkil olunacaq konfrans haqqında məlumat veriblər.
BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev İslamofob meyillərlə mübarizədə praktik addımların atılmasının zəruriliyini vurğulayıb. O bildirib ki, son iki ilin təcrübəsi göstərir ki, Bakı artıq İslamofobiyaya qarşı mübarizədə mühüm siyasi və elmi mərkəzə çevrilib, artıq müəyyən çevrə yaranıb, ictimai xadimlər və beyin mərkəzləri tərəfindən bu istiqamətdə mütəmadi qaydada müvafiq araşdırmalar aparılır, gələcəkdə isə saytın yaradılması nəzərdə tutulub. “Ümumiyyətlə, cənab Prezident İlham Əliyevin İslam dünyası ilə həmrəylik, İslamofobiya və oxşar məsələlərlə bağlı mövqeyi dəfələrlə müxtəlif platformalardan səsləndirilib. Bizim xarici siyasətimizdə İslam həmrəyliyi və islamofobiyaya qarşı mübarizə önəmli yer tutur. Təbii ki, islamofobiya, ilk növbədə, insan hüquqları, sosial hüquqlarla bağlı məsələləri ehtiva edir, lakin bu tendensiyanın geosiyasi əks-sədaları da olur. Azərbaycan və Ermənistan arasındakı keçmiş münaqişə dini xarakterli olmasa da, islamofob elementlər özünü hər zaman biruzə verib. Belə ki, işğal dövründə Azərbaycanın mədəni irsi Ermənistan tərəfindən dağıdılıb”.
Fərid Şəfiyev konfransın gedişində hazırda beynəlxalq gündəmin ən aktual mövzuları fonunda təzahür edən islamofob tendensiyalar və onlarla mübarizə yollarının müzakirə ediləcəyini də diqqət çatdırdı. “Konfrans çərçivəsində süni intellekt və rəqəmsal medianın islamofobiyanın yayılması və ya ona qarşı mübarizədə rolu geniş müzakirə ediləcək. Yeni texnologiyalar həm təhdid, həm də imkan yaradır. Bu balansı düzgün qurmaq üçün alimlər, siyasətçilər və media nümayəndələri birgə fəaliyyət göstərməlidirlər. Əminəm ki, bu konfrans islamofobiyaya qarşı mübarizədə yeni baxışlar, praktik təkliflər və əməkdaşlıq imkanları yaradacaq”.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov bildirib ki, konfrans Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə keçiriləcək. G20 Dinlərarası Forumu (IF20), İƏT, ICESCO, Doha Beynəlxalq Dinlərarası Dialoq Mərkəzi (DICID), İnsan Qardaşlığının Ali Komitəsi, Müsəlman Ağsaqqallar Şurası, Almaniya Müsəlmanlarının Mərkəzi Şurası, EULEMA - Avropa Müsəlman Liderləri Məclisi və Beynəlxalq Müsəlman Forumu konfransın xarici tərəfdaşları sırasında yer alır. O vurğulayıb ki, Azərbaycanda keçiriləcək “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda ölkəmizdə keçiriləcək beynəlxalq elmi konfrans xüsusi əhəmiyyət daşıyır. Konfrans Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayacaq. O qeyd edib ki, konfransda dünyanın 40-a yaxın ölkəsindən alimlər, beynəlxalq təşkilatların ekspertləri, din xadimləri və qeyri-hökumət təşkilatlarının nümayəndələrini əhatə edən 120-dən çox xarici qonağın iştirak etməsi gözlənilir. Həmçinin, sözügedən konfransda mövzu üzrə yerli ekspertlər, dövlət qurumlarının nümayəndələri, dini icma rəhbərləri və dövlət rəsmiləri də iştirak edəcəkdir. O qeyd edib ki, beynəlxalq elmi konfransın keçirilməsində məqsəd beynəlxalq və milli səviyyədə müsəlmanları və əhalisi müsəlman olan ölkələri hədəf alan həyəcanverici tendensiyaları müzakirə etmək üçün akademik platforma yaratmaqdır.
Rəvan Həsənov islamofobiya tendensiyasının son illərdə gücləndiyini diqqətə çatdırıb. Vurğulayıb ki, bəzi ölkələrdə müsəlman icmalarına qarşı ayrı-seçkilik, mənəvi təzyiqlər və zorakılıq hallarının artması, onların cəmiyyətin aşağı təbəqəsi kimi təqdim edilməsi islamofobiyanın nə qədər təhlükəli bir fenomen olduğunu bir daha göstərir. Azərbaycanın təşəbbüsü ilə keçirilən beynəlxalq konfranslar bu qlobal problemin gündəmdə saxlanılması və onunla mübarizə yollarının müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Ölkəmizin bu istiqamətdə atdığı addımlar, verdiyi mesajlar, təkcə İslam dünyası üçün deyil, eyni zamanda insan hüquqlarının, tolerantlığın və sosial ədalətin müdafiəsi üçün universal çağırışdır. İcraçı direktor Azərbaycanın multikultural dəyərlərə sadiq ölkə olduğunu qeyd edərək tarixən müxtəlif dinlərin, dillərin və mədəniyyətlərin sülh və qarşılıqlı hörmət şəraitində birgə mövcud olduğu bu torpaqlarda dini və etnik dözümlülük hər zaman əsas prinsiplərdən biri olduğunu bildirib. Qeyd edib ki, Azərbaycanın bu sahədəki fəaliyyəti yalnız daxili siyasətlə məhdudlaşmır, eyni zamanda beynəlxalq əməkdaşlıq və qlobal səviyyədə dialoqun gücləndirilməsi istiqamətində real addımlar atılır.
Sonda media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, 15 mart tarixinin “İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü” olması ilk dəfə 2020-ci ilin 27-28 noyabrında İslam Əməkdaşlığı Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Niger Respublikasının Niamey şəhərindəki toplantısında elan olunub. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 2022-ci ildə martın 15-ni “İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü” kimi qəbul edib.
Xəbər lenti
Hamısına baxSosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55

