Multikulturalizm Mərkəzinin dəstəyi ilə “Talış folkloru konserti” təşkil olunub
22.05.2025 [17:37]
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi, talış icmasının təşkilatçılığı ilə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında folklor tədqiqatçısı Fərbiyə Şabanovanın 85 illik yubileyinə və onun yaratdığı “Əvəsor” folklor qrupunun 60 illiyinə həsr olunan “Talış folkloru konserti” keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Bakı Beynəlxalq Multikuluralizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov çıxış edərək bildirib ki, Azərbaycan çoxəsrlik tarixə və zəngin mədəni irsə malik ölkə kimi, müxtəlif etnik icmaların harmonik şəkildə bir arada yaşadığı, multikultural ənənələrin qorunub saxlandığı nadir coğrafiyalardandır. Bu baxımdan, ölkədə yaşayan xalqların mədəniyyəti, dili və folkloruna xüsusi önəm verilir, uğurlu multikulturalizm siyasəti aparılır. Vurğulayıb ki, Azərbaycanda multikulturalizm siyasətinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Rəvan Həsənov diqqətə çatdırıb ki, talışların folkloru Azərbaycanın ədəbi-mədəni irsinin ayrılmaz hissəsidir. Azərbaycanda yaşayan xalqların folklorunun, mədəniyyətinin qorunması və gələcək nəsillərə ötürülməsi Azərbaycanın multikultural dəyərlərinin yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Talış icmasının ağsaqqalı professor İmamverdi Həmidov bildirib ki, folklor sadəcə ədəbi-bədii miras deyil, həm də kollektiv kimliyin, dilin və adətlərin yaşamasının əsas dayağıdır. Talış folkloru da bu xalqın topladığı ictimai-mədəni təcrübəni, inancları, həyat tərzini ifadə edən zəngin xəzinədir, talışların milli ruhunu yaşadan, onu nəsildən-nəslə daşıyan yaddaşdır.
Digər çıxış edənlər Milli Məclisin deputatları Anar İsgəndərov, Azər Badamov, Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, Azərbaycanda Rus İcmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelin, riyaziyyat üzrə fəlsəfə doktoru Hilal Məmmədov çıxışlarında qeyd ediblər ki, hər bir xalqın kimliyinin, keçmişinin və mənəvi dünyasının ifadə forması olaraq folklor böyük əhəmiyyətə malikdir. Azərbaycanda yaşayan etnik azlıqların multikultural dəyərləri nəinki yaşadılır, eyni zamanda tanıdılır və dəyərləndirilir, çünki Azərbaycanda yaşayan hər bir etnik azlığın folkloru Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsidir.
Tədbirin bədii hissəsində “Əvəsor”, “Hovəli”, “Nənələr”, “Babalar”, “Rəfte”, “Halay” folklor qrupları çıxış ediblər.
Sonda folklor tədqiqatçısı Fərbiyə Şabanova çıxış edib, tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkürünü bildirib.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

