Mingəçevir Şəhər Ağsaqqallar Şurasının üzvləri ağacəkmə aksiyasında iştirak ediblər
28.04.2025 [22:46]
Mingəçevir Şəhər Ağsaqqallar Şurasının üzvləri “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən ağacəkmə aksiyasında iştirak ediblər.
Tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Şəhər Ağsaqqallar Şurasının sədri Mustafa Muradov, YAP şəhər təşkilatının, Mingəçevir Bələdiyyəsinin rəhbərləri və üzvləri, ağsaqqallar, gənclər və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Samux küçəsində keçirilən tədbir öncəsi bildirilib ki, Azərbaycan Respublikası Konstitusiyasının qəbulunun 30 ili, Vətən müharibəsində qələbəmizin 5-ci ildönümü münasibəti ilə ölkə Prezidenti cənab İlham Əliyev 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı sərəncam imzalayıb. “Konstitusiya və Suverenlik ili” ilə bağlı Tədbirlər Planı”nına müvafiq olaraq Mingəçevir Şəhər İcra Hakimiyyətində Təşkilat Komitəsi yaradılmış və Tədbirlər Planı hazırlanmışdır. Tədbirlər Planına əsasən şəhərin idarə və müəssisələrində konfranslar, forumlar, dəyirmi masalar, seminarlar, müsabiqələr, müxtəlif mədəni-kütləvi tədbirlər və ağacəkmə aksiyaları keçirilir. Ağacəkmə aksiyalarının keçirilməsi şəhərə gözəllik gətirməklə yanaşı, yaşıllıq zolaqlarının genişləndirilməsinə bir töhfədir.
Sonra Mingəçevir Şəhər Ağsaqqallar Şurasının üzvləri və digər tədbir iştirakçları ərazidə 200 ədəd küknar, şam və sərv ağaclarının tinglərini əkərək suvarma işi aparıblar. Qeyd edək ki, həftə ərzində keçirilən ağacəkmə aksiyası zamanı Samux küçəsində, Heydər Əliyev prospektində, 20 Yanvar küçəsində, Dostluq parkında, Zəfər parkında, Heydər Əliyev Meydanında, Sahil parkında və bir çox ərazilərdəki yaşıllıq zolaqlarına 600 ədəd həmişəyaşıl ağac tingi və 3000 ədəd mövsümi gül kolları əkilib.
Xəbər lenti
Hamısına baxDünya
28 May 18:32
Dünya
28 May 17:27
Dünya
28 May 16:19
Sosial
28 May 15:25
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Gündəm
28 May 13:29
Gündəm
28 May 12:59
Gündəm
28 May 12:39
Dünya
28 May 12:19
Dünya
28 May 11:25
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28

