Multikulturalizm Mərkəzinin həmtəşkilatçılığı ilə Səmərqənddə konfrans keçirilib
28.04.2025 [13:30]
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) həmtəşkilatçılığı ilə Özbəkistan Respublikasının Səmərqənd şəhərində “Sülhün qorunmasında mədəniyyətlərarası dialoqun və təhsilin rolu” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Mədəniyyətlərarası anlaşmanı təşviq etmək, fərqli mədəniyyətlərin və dinlərin nümayəndələri arasında dialoq üçün platforma yaratmaq, mədəniyyətlərarası dialoqun və sülhün təşviqində təhsilin həlledici rolunu vurğulamaq məqsədilə keçirilən konfransda dünyanın müxtəlif ölkələrindən ekspertlər, mövzu üzrə mütəxəssislər iştirak ediblər. Konfransda Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin videomüraciəti dinlənilib.
Beynəlxalq elmi konfransın “Din sülh quruculuğunun əsası kimi: potensial və problemlərin həlli yolları” panel iclasında BBMM-in icraçı direktoru Rəvan Həsənovun moderatorluğu ilə müzakirələr aparılıb.
Müzakirələr zamanı icraçı direktor Rəvan Həsənov vurğulayıb ki, dinlər hər zaman insanları mənəviyyata, mərhəmətə və qarşılıqlı anlayışa çağırır, dünya dinlərinin hamısının əsaslarında sülh, ədalət və həmrəylik prinsipləri dayanır. Din insanların vicdanına təsir edir və sülhə nail olmaqda mühüm rol oynayır, toplumlarda mənəvi dəyərlərin önə çıxarılmasını təşviq edir, insanları zorakılıqdan çəkindirir.
O diqqətə çatdırıb ki, din həm sosial harmoniyanın güclənməsinə, həm də gərginliklərin yaranmasına təsir edə biləcək güclü bir faktordur: “Bəzi hallarda dini siyasi alətə çevirərək münaqişələri daha da alovlandırırlar. Din adından törədilən zorakılıq aktları dinin əsl mahiyyətinə zidd olaraq sülh prosesinə ciddi maneələr yaradır. Bu çətinliklərin aradan qaldırılması üçün dini liderlər, mədəniyyətlərarası və dinlərarası diloqun təşviqi istiqamətində fəaliyyət göstərən qurumlar sülh təşəbbüslərində fəal iştirak etməli, müxtəlif dinlər və mədəniyyətlər arasında dialoq platformalarının yaradılmasına çalışmalıdırlar. Dinin cəmiyyətin mənəvi dayağı kimi saxlanması, siyasi məqsədlər üçün alətə çevrilməməsi üçün birgə fəaliyyət göstərməlidirlər. Dinin sülh quruculuğunda müsbət rol oynaması üçün dinlər arasında dialoq, təhsil sahələrində ardıcıl işlər aparılmalıdır. Gələcək nəsillərin sülh mədəniyyətinə yiyələnməsi üçün çalışılmalıdır, gənclər arasında tolerantlıq mədəniyyətini təbliğ etməli, bu istiqamətdə multikultural dəyərlər və tolerantlıq mövzularına geniş yer verilməlidir. Bu prosesdə təhsildən vacib alət kimi istifadə olunmalıdır.
Qeyd edək ki, konfransı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Baskerville İnstitutu, ABŞ-ın Stirlinq Fondu, Dini Diplomatiya Fondu, Beynəlxalq Hüquq və Din Araşdırmaları Mərkəzi, Heravi Sülh İnstitutu, Azərbaycan İlahyyat İnstitutu, Əl-farabi Qazax Milli Universiteti, Mərkəzi Asiya-Qafqaz İnstitutu, Ərəb Tədqiqat və Siyasət Araşdırmaları Mərkəzi, Səmərqənd Vilayət Hökuməti və Özbəkistan Gəncləri Dünya Assosiasiyası birgə təşkil ediblər.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

