Ukrayna dilinə tərcümə olunan “Əli və Nino” kitabının təqdimatı keçirilib
23.04.2025 [19:03]
Azərbaycan Milli Kitabxanasında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) tərəfindən Ukrayna dilində çap olunan “Əli və Nino” əsərinin təqdimatı keçirilib.
Təqdimat mərasimində Azərbaycanın dini və etnik icmalarının nümayəndələri, ali təhsil müəssisələrində “Azərbaycan multikulturalizmi” fənnini tədris edən müəllimlər, tələbələr, BBMM-in və Azərbaycan Milli Kitabxanasının əməkdaşları iştirak ediblər.
Tədbir Azərbaycan və Ukraynanın Dövlət Himnlərinin səsləndirilməsi ilə başlayıb. Açılış nitqi ilə çıxış edən BBMM-in icraçı direktoru Rəvan Həsənov məlumat verib ki, Mərkəz yarandığı gündən Azərbaycanda yaşayan xalqların mədəniyyətinin, dilinin və adət-ənənəsini qorunması istiqamətində müxtəlif layihələr həyata keçirir. Bu layihələrdən biri də “Əli və Nino” əsərinin Azərbaycanda yaşayan müxtəlif xalqların dillərinə tərcümə edilərək çap olunmasını həyata keçirməkdir. Ötən illər ərzində udi, talış, ləzgi və tat dillərinə də tərcümə edilərək çap olunub.
İcraçı direktor bilririb ki, kitab Azərbaycan Ukrayna Konqresi İctimai Birliyinin müraciəti əsasında Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyinin dəstəyi ilə tərcümə olunub. O vurğulayıb ki, əsərin Ukrayna dilinə tərcümə olunması ölkələrimiz arasında mədəni əlaqələrin inkişafına mühüm töhfə verəcəkdir. Çünki xalqlar arasında əlaqələrin möhkəmlənməsində, onların bir-birini daha yaxından tanımasında ədəbiyyat vacib rol oynayır.
Ukraynanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Yuriy Qusev diqqətə çatdırıb ki, Azərbaycan və Ukrayna arasında münasibətlər təkcə siyasi və iqtisadi sahələrlə məhdudlaşmır, bu əlaqələrin əsas sütunlarından biri də mədəni əməkdaşlıqdır. Azərbaycan və Ukrayna arasında mədəni əlaqələrinin inkişafında ədəbiyyatın rolu danılmazdır. Azərbaycan və Ukrayna zəngin ədəbi ənənələrə malik ölkələrdir. Hər iki xalqın ədəbiyyatında vətənpərvərlik, azadlıq, ədalət və insanlıq dəyərləri, sevgi ön plandadır. “Əli və Nino” əsəri də bütün bu keyfiyyətləri özündə birləşdirən ədəbiyyat nümunəsidir.
Səfir vurğulayıb ki, Ukrayna yazıçılarının əsərlərinin Azərbaycan dilinə, Azərbaycan müəlliflərinin əsərlərinin isə Ukrayna dilinə tərcümə olunması qarşılıqlı tanıtımı və anlaşmanı gücləndirir. Ona görə də bu istiqamətdə əməkdaşlığımızı davam və inkişaf etdirməliyik.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının üzvü Xalq yazıçısı Elmira Axundova Azərbaycan-Ukrayna münasibətlərindən bəhs edib. O, mədəni diplomatiya vasitəsi kimi ədəbiyyatın imkanlarından geniş istifadə olunmasının önəmini vurğulayıb. Azərbaycan Ukrayna Konqresi İctimai Birliyinin sədri Yuriy Osadçenko, Azərbaycan Yazıçılar Birliyinin katibi şair-tərcüməçi Səlim Babullaoğlu, AMEA-nın Şərqşünaslıq İnstitutunun baş elmi işçisi professor Solmaz Rüstəmova-Tohidi, Azərbaycan İlahiyyat İnstitutunun dekanı dosent Elnurə Əzizova və digər çıxışçılar qeyd ediblər ki, ədəbiyyat xalqları bir-birinə bağlayan, keçmişi bu günə, bu günü isə gələcəyə daşıyan mənəvi körpüdür. Bu körpünü qorumaq və gücləndirmək üçün qarşılıqlı tərcümələr, ədəbi layihələr və ortaq təşəbbüslər davam etdirilməlidir.
Qeyd edək ki, Avropanın və ABŞ-ın tanınmış ədəbi tənqidçiləri tərəfindən XX əsrin ən yaxşı romanlarından biri kimi qiymətləndirilən “Əli və Nino” əsəri dünyanın 40-a yaxın dilinə tərcümə olunaraq 66 ölkədə nəşr edilib.
Xəbər lenti
Hamısına baxDünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29

