/ / Azərbaycan Rus İcması nəzdində Rus Mədəniyyəti Mərkəzi Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevə minnətdarlıq məktubu ünvanlayıb
Azərbaycan Rus İcması nəzdində Rus Mədəniyyəti Mərkəzi Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevə minnətdarlıq məktubu ünvanlayıb
23.04.2025 [14:01]
Xəbər verdiyimiz kimi, aprel ayının 17-də İmişli Rayon Ağsaqqallar Şurası xristianların “Pasxa” bayramı münasibətilə rayon mərkəzində yerləşən “Kral” sarayında tədbir keçirib. Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyevin təşəbbüsü və İmişli Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədovun dəstəyi və təşkilatçılığı ilə keçirilən bu tədbirdə digər qonaqlarla yanaşı, İmişli rayonu Rus İcmasının çoxsaylı üzvləri iştirak ediblər. Bayram süfrəsi arxasında, musiqi sədaları altında yüksək səviyyədə keçən və maraqlı çıxışlarla yadda qalan görüşün sonunda Rus İcmasının üzvlərinə Rayon Ağsaqqallar Şurasının bayram sovqatları hədiyyə edilib. Gəstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Rus İcması nəzdində Rus Mədəniyyəti Mərkəzinin direktoru Qalina Manafova Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevə və İmişli Rayon Ağsaqqallar Şurasının rəhbərliyinə Minnətdarlıq məktubu ünvanlayıb. Məktubda deyilir:
“İmişli rayonunda 17 aprel tarixində Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin təşəbbüsü ilə İmişli Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədovun dəstəyi və Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyasının, İmişli rayonu Rus İcmasının birgə təşkilatçılığı ilə xristianların Pasxa bayramına həsr olunmuş tədbir keçirilmişdir.
Bu tədbirdə bütün ömrünü Azərbaycanın torpağında yaşamış və bu yurdu haqlı olaraq öz Vətəni hesab edən azsaylı pravoslav xristianların, əsasən, yaşlı insanların, dul və tənha vətəndaşların sevinc dolu simalarını görmək çox qürurverici idi.
Tədbir zamanı iştirakçılara ərzaq sovqatları təqdim olundu. Biz bu münasibətlə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın həyata keçirdiyi uğurlu siyasəti dəstəkləyən belə ləyaqətli Azərbaycan oğullarına dərin minnətdarlığımızı və səmimi təşəkkürümüzü bildiririk.
Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, parlamentin Hesablayıcı Komissiyasının sədri, Mərkəzi Kooperativlər İttifaqının – “Azərittifaq”ın sədri, Azərbaycan Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Eldar Quliyev, eləcə də uzun illərdən bəri dostumuz və həmkarımız olan Saleh Səmədov kimi şəxslər ürəklərinin səsini dinləyərək ideallarına uyğun şəkildə aztəminatlı ailələrə, təqaüdçülərə, veteranlara və ehtiyacı olanlara daim yardım edir və dəstək olurlar.
Biz Eldar Quliyev və Saleh Səmədov kimi insanlardan qürur və ehtiramla bəhs edirik. Onlar sözlə deyil, əməlləri ilə doğma Azərbaycan torpağında yaşayan hər bir insana necə dəstək olmağı nümayiş etdirirlər.
Sizə bundan sonra da ictimai fəaliyyətinizdə və işlərinizdə davamlı uğurlar arzulayırıq!
Hörmətlə,
Azərbaycan Rus İcması nəzdində Rus Mədəniyyəti Mərkəzinin direktoru Qalina Manafova”
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

