İmişli Rayon Ağsaqqallar Şurası Ramazan bayramı ərəfəsində iftar süfrəsi təşkil edib
30.03.2025 [16:48]
Martın 29 -da İmişli Rayon Ağsaqqallar Şurasının təşkilatçılığı ilə zövqlə təmir edildikdən sonra ilk dəfə istifafəyə verilən Kral Şadlıq Sarayında Müqəddəs Ramazan ayının başa çatması, Ramazan bayramı ərəfəsində iftar süfrəsi təşkil olunub.
İlk öncə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin və yaxın zamanlarda dünyasını dəyişən ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Giriş sözü ilə çıxış edən İmişli Rayon Ağsaqqallar Şurası sədrinin birinci müavini Vahid Tağıyev məlumat verərək bildirib ki, tədbirdə 44 günlük Vətən müharibəsində şəhid olan igid oğullarımızın ailə üzvləri, rayonun din xadimləri, İmişli Rayon Ağsaqqallar Şurasının rəhbərliyi, İdarə heyətinin üzvləri, ağsaqqallar şurası ərazi təşkilatlarının sədrləri və sədr müavinləri iştirak edir.
Sonra qeyd edib ki, bu gün hamımız sevincli və qürurluyuq. Ona görə ki, Azərbaycan dövləti öz tarixində heç vaxt indiki kimi güclü, qüdrətli və nüfuzlu olmamışdır. Hərbi, siyasəti və iqtisadi gücünə görə Azərbaycan dünyanın sayılıb seçilən dövlətlərindən birinə çevrilmiş, işğal altında olan torpaqlarımız azad edilmişdir. Bunlar Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanın möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsinin nəticəsidir.
Sonra Vahid Tağııyev İmişli Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədovun rəhbərliyi ilə rayonda mili- mənəvi dəyərlərimizin qorunması, xeyirxahlıq və xeyriyyəçilik istiqamətində görülən işlərdən, ağsaqqallar şurasına müraciət edən hər bir insanın ətraflı dinlənilməsi, zəruri ehtiyacı olanlara reklamsız maddi və mənəvi yardım göstərilməsindən danışıb və yaxın günlərdə Novruz Bayramı münasibətilə 750 nəfər zəruri ehtiyacı olan ailələrə bayramqabağı sovqat verilməsini xatırladıb. Rayonda sağlam içtimai mühitin formalaşmasında əhəmiyyətli rolu olan İmişli Rayon Ağsaqqallar Şurasının nüfuzunun günü- gündən artmasını qeyd edib.
Tədbirdə çıxış edən İmişli Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov iftar süfrəsində iştirak edənləri Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin adından və öz adından salamlayaraq onları Ramazan Bayramı münasibətilə təbrik edib. Ramazan ayının həmrəylik, mərhəmət, dostluq, qardaşlıq və ruzi ayı olmasını, bu müqəddəs ayın insanlarda ruhun təmizlənməsinə və vicdan baxımından rahatlanmağa, Allaha yaxınlaşmağa kömək etməsini qeyd edib.
Saleh müəllim bildirib ki, İmişli rayon Ağsaqqallar Şurası olaraq bizim başlıca vəzifəmiz dövlətimizin, prezidentimizin uğurla apardığı siyasətin həyata keçirilməsində yaxından iştirak etmək, bu şərəfli missiyaya öz töhvələrimizi vermək, hər bir vətəndaşımıza qayğı və hörmətlə yanaşmaqdır. Ötən müddət ərzində rayon ağsaqqallar şurasının təşkilatlanması, şuraya yeni üzvlərin qəbul edilməsi prosesinin mütəmadi olaraq davam etdiyini, ərazi təşkilatlarının fəallığının artmasını diqqətə çatdırıb.
Saleh müəllum İmişlii rayon Ağsaqqallar Şurasının fəaliyyətini həmişə yüksək qiymətləndirdiyinə görə Azərbaycan Ağsaqqallar Şurasının rəhbərliyinə minnətdarlığını bildirib. Qarşıdakı dövrdə rayon ağsaqqallar şurası öz fəaliyyətində daha çox nailiyyətlər əldə etmək əzmində olduğunu inamla ifadə edib.
Tədbir iştirakçılarına dəvəti qəbul edərək gəldiklərinə görə təşəkkürünü çatdırıb. İnsanlara Oruc və dualarının Allah yanında qəbul olunmasını diləyərək dövlətimzə, hər bir ailəyə firavanlıq, bol ruzu, bərəkət arzulayıb.
Bundan sonra rayonun din xadimləri tərəfindən iftar süfrəsində “Qurani-Kərim”dən ayələr və Ramazan duası oxunub. Ramazan ayının fəzilətləri barədə söhbətlər aparılıb.
Məclisdə çıxış edən şəhid atası Tədbir Quluyev, şəhid anası Xatirə Səfərova, Ağsaqqallar şurasının Əliqulular kənd təşkilatının sədri, əməkdar müəllim Səxavət Tağıyev və b. İftar süfrəsinin yüksək səviyyədə təşkil olunmasına görə İmişli Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədova və zəhməti olan insanlara minnətdarlıqlarını və bayram təbriklərini bildirdilər.
Tədbir yüksək əhval- ruhiyyə ilə başa çatıb.
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

