/ / İmişli rayon Ağsaqqallar Şurasının qərərgahında Nurulu kənd ərazi təşkilatının təsis iclası keçirildi
İmişli rayon Ağsaqqallar Şurasının qərərgahında Nurulu kənd ərazi təşkilatının təsis iclası keçirildi
19.03.2025 [22:38]
İmişli rayon Ağsaqqallar Şurasının qərərgahında Nurulu kənd ərazi təşkilatının təsis iclası keçirilib.
Tədbirdə İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov, sədrin birinci müavini Vahid Tağıyev, müavin Məmi Atakişiyev, Aparat rəhbəri Murad Seyidov, İdarə heyətinin üzvü Famil İmanov, rayon ağsaqqallar şurasının mətbuat orqanı olan "Xalq sözü" qəzetinin baş redaktoru Nizami Aslanoğlu və Nurulu kənd ağsaqqalları iştirak edirdi.
İlk öncə torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarından keçən şəhidlərimizin və yaxın zamanlarda dünyasını dəyəşən ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə çıxış edən İmişli Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov tədbir iştirakçılarını Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin adından və öz adından salamlayaraq onları Novruz və Ramazan bayramlar münasibətilə təbrik etdi.
Saleh müəllim çıxışında respublikamızda ağsaqqallar şurasının fəaliyyətindən, qarşıda duran vəzifələrdən, ağsaqqalların daim artan nüfuzundan, ağsaqqallar şurasının fəaliyyətinin dövlət siyasətinə xidmət etdiyindən, prezidentin apardığı uğurlu, genişmiqyaslı işlərədə ağsaqqalların daim sədaqətlik əzmində olmasından danışdı. Qeyd etdi ki, bu gün Azərbaycan Ağsaqqallar Şurası respublikamızda ictimai, siyasi proseslərin önündə gedən bir təşkilatdir.
İmişli rayon Ağsaqqallar Şurasının sədrinin birinci müavini Vahid Tağıyev rayonumuzda Ağsaqqallar Şurasının təşkilatlanması, genişmiqyaslı fəaliyyəti haqqında ətraflı məlumat verdi. Saleh Səmədovun rayonda xüsusi nüfuza malik olduğunu, xalqımıza xas olan xeyirxahlıq və humanizm prinsiplərinə uyğun nəcib əməllərini, xeyriyyə aksiyalarını mütəmadi davam etdirdiyini qeyd etdi. Dünən 750 nəfər rayon sakininə bayram sövqatı verildiyini xatırlatdı. Azərbaycanda ağsaqqallıq missiyasının mill-mənəvi dəyərlərimizin əsas amillərindən biri olaraq davam etdiyini, onun cəmiyyətdaxili sabitliyin qorunmasında rolunu və əhəmiyyətini qeyd etdi.
Tədbirdə İmişli Rayon Ağsaqqallar Şurasının sədr müavini Məmi Atakişiyev çıxış edərək bayranlar münasibətilə tədbir iştirakçılarını təbrik etdi. Azərbaycan ağsaqqallarının həmişə olduğu kimi bu gün də dövlətimizə sədaqətlə xidmət etdiyini, gənc nəslin milli-mənəvi dəyərlərə və adət-ənənələrimizə hörmət hisləri ilə tərbiyə edilməsində onların xüsusi rola malik olduğunu bildirdi.
Tədbirdə rayon ağsaqqallar şurasının aparat rəhbəri Murad Seyidov əsasnaməyə uyğun təşkilatın yaradılması qaydaları haqqında məlumat verdi.
Tədbirdə əsasnaməyə uyğun olaraq Nurulu kənd ağsaqqalları arasından səsvermə yolu ilə idarə heyətinin üzvləri, sədr və sədr müavinləri seçildi.
Belə ki, açıq səsvermə yolu ilə, Eynullayev Qənimət, Əliyev Ramiz, Bayramov Nadir, Bayramov Yeravan, Təhməzov Səyyaf, Eynullayev Ehtiram və Əkbərov Behdulla İdarə heyətinin üzləri seçildi. Eyni zamanda, onların arasından Eynullayev Qənimət sədr, Əliyev Ramiz və Bayramov Nadir müavin seçildilər.
Sonra yeni seçilən Nurulu kənd ağsaqqallar şurasının sədrinə və müavinlərə Azərbaycan Ağsaqqallar Şurasının xüsusi döş nişanları təqdim olundu.
Tədbir iştirakçıları tərəfindən yeni təsis edilən Nurulu kənd ağsaqqallar şurasının üzvləri təbrik edilərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulandı.
Tədbirin sonunda xatirə fotoları çəkildi.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 23:20
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21

