BAYRAM YUSİFOV – 62
27.02.2025 [13:28]
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifovun 62 yaşı tamam olub.
Məsuliyyətli və şərəfli həyat yolu, zəngin təcrübəsi, zəhmətsevərliyi və əzmkarlığı ilə Azərbaycan Ağsaqqallar Şurasının, eləcə də respublikamızın ictimai-siyasi həyatında yaxından iştirak edən Bayram Yusifov hər zaman xalqımıza, Vətənimizə və dövlətimizə sadiq şəxsiyyət olmuşdur. Ümummilli Liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi və bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən daxili və xarici siyasət kursunun, o cümlədən xalqımızın milli-mənəvi dəyərlərinin, tarixi ənənələrinin cəmiyyət arasında təbliğ edilməsində, gənclərimizə sağlam həyat tərzinin aşılanmasında, onların maarifləndirilməsində, vətənpərvər və mübariz vətəndaşlar kimi yetişməsində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmişdir. 2002-ci ildən Azərbaycan Ağsaqqallar Şurasının işində öz səmərəli fəaliyyəti ilə seçilən Bayram Yusifov 2009-cu ildən indiyədək Şuranın sədr müavini vəzifəsini uğurla həyata keçirir. 23 illik ictimai fəaliyyəti dövründə fədakar əməyi, intellektual səviyyəsi, yüksək insani keyfiyyətləri, işgüzarlığı və prinsipiallığı ilə hər kəsin etimadını doğruldan, insanlardan öz maddi və mənəvi dəstəyini əsirgəməyən Bayram Yusifov bu gün də tükənməz enerji və həvəslə çalışır. Dövlətə və dövlətçiliyə öz sədaqəti ilə seçilən Bayram müəllim Azərbaycan Ağsaqqallar Şurasının onun kurasiyasında olan şəhər və rayon təşkilatlarına mütəmadi səfərlər edir, orada aktual məsələlərlə bağlı tədbirlər, görüşlər keçirir, Şuranın yerli təşkilatlarının daha səmərəli fəaliyyət göstərmələri üçün əlindən gələni əsirgəmir. Uzunmüddətli səmərəli fəaliyyəti ilə Azərbaycan Ağsaqqallar Şurasının işinə verdiyi dəyərli töhfələrə görə “Fəxri Ağsaqqal” döş nişanı ilə təltif olunan Bayram Yusifovun həm də ən böyük mükafatı cəmiyyətdə qazandığı yüksək nüfuz və onu tanıyan hər bir ağsaqqalın, gəncin bu alicənab insana olan dərin hörmətidir.
Bu əlamətdar gün, növbəti zirvəyə yüksələn şərəfli həyatının 62-ci ildönümü münasibətilə Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifovu – yüksək əqidəli, dəyərli ictimai xadimi, ziyalı həmkarımızı, nəcib və xeyirxah insanı ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, firavanlıq və gələcək fəaliyyətində tükənməz uğurlar arzulayırıq!
Dərin hörmət və səmimiyyətlə, Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri adından Şuranın sədri, millət vəkili, professor Eldar QULİYEV
Xəbər lenti
Hamısına baxDünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54

