/ / İtaliya mediası: Beynəlxalq ictimaiyyətin Xocalı soyqırımına adekvat hüquqi qiymət verməsi mütləqdir
İtaliya mediası: Beynəlxalq ictimaiyyətin Xocalı soyqırımına adekvat hüquqi qiymət verməsi mütləqdir
26.02.2025 [22:17]
İtaliya mətbuatında Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar məqalələr dərc olunub.
AZƏRTAC xəbər verir ki, “Kmetro0”, “Agenparl”, “Agenzia Nova” kimi saytların yaydığı materiallarda Azərbaycan xalqının fevralın 26-da bu dəhşətli faciənin qurbanlarının xatirəsini ehtiramla yad etdiyi bildirilir.
Yazılarda Xocalı qətliamının müasir tarixin ən qəddar və qanlı faciələrindən biri olduğu vurğulanır. Qeyd olunur ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının dəstəyi ilə Azərbaycanın Xocalı şəhərini yerlə-yeksan edib. Erməni hərbçiləri görünməmiş vəhşiliklə dinc əhaliyə qarşı soyqırımı törədib, 613 nəfəri, o cümlədən 63 uşaq, 106 qadın və 70 qocanı vəhşicəsinə qətlə yetiriblər. Şəhərin 5379 nəfər sakini zorakılıqla qovulub, 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
Vurğulanır ki, Xocalı qətliamı ilə insan hüquqlarını qoruyan bütün beynəlxalq konvensiyalar və silahlı münaqişələr zamanı mülki şəxslərin müdafiəsi ilə bağlı normalar ciddi şəkildə pozulub. 1949-cu il Cenevrə konvensiyaları, Soyqırımı Konvensiyası, İşgəncələrə qarşı Konvensiya və yaşamaq hüququ, fiziki və əqli toxunulmazlıq, işgəncə və qeyri-insani rəftardan azad olmaq kimi əsas hüquqları təsbit edən digər beynəlxalq qanunlar pozulub. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev sayəsində Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına ilk siyasi-hüquqi qiymət verib.
Materiallarda diqqətə çatdırılır ki, Ermənistanın keçmiş rəsmilərinin, məsələn, sabiq prezident Serj Sarkisyanın bəyanatları, eləcə də bədnam terrorçu Monte Melkonyanın qardaşı Markar Melkonyanın “Qardaşımın yolu: bir amerikalının Ermənistana taleyüklü səyahəti” kitabında açıqlanan ifadələri bu qətliamın əvvəlcədən düşünülmüş mahiyyətini daha da ortaya qoyur. Hətta erməni yazıçısı Zori Balayanın “Ruhumuzun dirçəlişi” kitabında dediyi sözlər, Xocalıda baş verən hadisələrin, türklərə qarşı törədilmiş cinayətlərin təsviri bir daha sübut edir ki, Ermənistanda mövcud ideologiya başqa xalqlara qarşı nifrətdən formalaşıb. Bundan başqa, cinayətlərin törədildiyi yerlərin əyani sübutları, o cümlədən kütləvi məzarlıqlarda basdırılmış qurbanların cəsədlərinin qalıqları Ermənistanın azərbaycanlı əhaliyə qarşı soyqırımı törətdiyini daha birmənalı sübut edir.
“Bu hadisələri gözardı etmək və ya kollektiv yaddaşdan silmək olmaz. Beynəlxalq ictimaiyyətin bu vəhşilikləri etiraf etməsi və Xocalı soyqırımına adekvat hüquqi qiymət verməsi mütləqdir. Xocalı soyqırımı təkcə Azərbaycan xalqının faciəsi deyil, bütün bəşəriyyəti narahat edən açıq yaradır. Beynəlxalq təşkilatlar, hökumətlər və qlobal miqyasdakı qurumlar baş verənlərə biganə qala bilməz. Xocalı soyqırımının bütün dünyada rəsmən tanınması, ədalətin bərqərar olması üçün qanuni addımların atılması və bu vəhşiliklərin xatirəsinin qorunub saxlanılması lazımdır ki, bir daha belə cinayətlər təkrarlanmasın”, - deyə yazılarda qeyd olunur.
Materiallarda Azərbaycanın Xarici İşlər Nazirliyinin Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı bəyanatından fikirlərə yer verilib, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyevanın bu qətliamın bəşər tarixinin ən qaranlıq səhifələrindən biri olduğunu qeyd etdiyi bildirilib.
Xəbər lenti
Hamısına baxSiyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
Gündəm
26 Avqust 10:59
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20
Analitik
26 Avqust 09:56
Analitik
26 Avqust 09:25
Mədəniyyət
26 Avqust 09:05
Dünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58

