“Diplomatic World Sweden” Xocalı faciəsindən yazıb
26.02.2025 [15:08]
İsveçdəki diplomatlar, siyasətçilər, diplomatik korpus və səfirliklərin əməkdaşları üçün nəzərdə tutulan “Diplomatic World Sweden” internet saytında 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş vermiş ən böyük qırğın haqqında məqalə dərc edilib.
AZƏRTAC xəbər verir ki, məqalədə Ermənistan silahlı qüvvələrinin keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının dəstəyi ilə hücumu nəticəsində 106-sı qadın, 63-ü uşaq və 70-i qoca olmaqla 613 mülki azərbaycanlının həlak olması barədə məlumat verilir.
Müəllif qeyd edir ki, Xocalı 1991-ci ilin son aylarında Ermənistan silahlı qüvvələri tərəfindən blokadaya alınmış strateji əhəmiyyətli şəhər olub. Hücum günü sakinlər şəhəri tərk etməyə çalışsalar da, onları təqib edərək qətlə yetiriblər və işgəncə veriblər. Bir çox beynəlxalq təşkilatlar, o cümlədən “Human Rights Watch” bu faciəni Qarabağ münaqişəsi zamanı Ermənistanın ərazi ambisiyaları və “böyük Ermənistan” yaratmaq ideyalarının törətdiyi ən dəhşətli cinayətlərdən biri kimi tanıyıb.
Məqalədə Xocalının azərbaycanlıları öz torpaqlarından qovmağa yönəlmiş daha geniş etnik təmizləmə kampaniyasının bir hissəsi olduğu vurğulanır. Diqqətə çatdırılır ki, Azərbaycan onilliklər ərzində faciənin soyqırımı aktı kimi tanınmasına çalışır. Artıq bir sıra ölkələr, o cümlədən Pakistan, Türkiyə və Meksika, eləcə də ABŞ-ın 28 ştatı qətliamı soyqırımı kimi tanıyıb.
Məqalədə Bakıda 2025-ci ilin yanvarında erməni separatçı rejiminin 16 keçmiş liderinə qarşı başlanmış məhkəmə proseslərinə xüsusi diqqət yetirilir. Bildirilir ki, onlar soyqırımında, hərbi cinayətlərdə və qanunsuz silahlı birləşmələrdə iştirakda ittiham olunurlar. Məhkəmə prosesləri ədalətin bərpası və günahkarların cəzalandırılması istiqamətində mühüm addım kimi qiymətləndirilir.
Müəllif vurğulayır ki, məhkəmə prosesinə baxmayaraq, Xocalı faciəsi Azərbaycan xalqının yaddaşında açıq yara olaraq qalır. Azərbaycan soyqırımının tam tanınmasını, təzminat ödənilməsini və Ermənistanın cinayətləri inkar etməsinə son qoyulmasını tələb etməkdə davam edir.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

