Məhkumluq arayışlarını vahid internet portaldan əldə etmək mümkün olacaq
21.01.2025 [22:37]
Dövlət satınalmalarında iştirak edən təchizatçılar satınalan təşkilatlara məhkumluq barədə arayışı portal vasitəsilə təqdim edə biləcəklər.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, “İnformasiya resurslarının dövlət satınalmalarının vahid internet portalına inteqrasiya olunması hədləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 dekabr tarixli Qərarına əsasən, bir sıra dövlət qurumları ilə dövlət satınalmalarının vahid internet portalının (etender.gov.az) inteqrasiyası nəzərdə tutulub.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən bu istiqamətdə həyata keçirilən növbəti inteqrasiya prosesi Daxili İşlər Nazirliyi ilə birgə “hüquqi şəxs və ya fərdi sahibkarın icra orqanının rəhbərinin satınalmaya dair elanın verilməsindən (dəvətin göndərilməsindən) əvvəlki 5 il ərzində iqtisadi sahədə cinayətlərə, korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlərə, kibercinayətlərə, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırılma cinayətlərinə görə məhkum olunmaması haqqında məhkəmə qərarının olub-olmaması barədə məlumat”ın arayış formasında portala ötürülməsi istiqamətində icra olunub.
İnteqrasiya sayəsində dövlət satınalmalarında iştirak edən təchizatçılar uyğunluq göstəriciləri ilə bağlı müvafiq məlumatlarla yanaşı, məhkumluq barədə məhkəmə qərarının olub-olmaması haqqında məlumatı heç bir yerə getmədən birbaşa şəxsi kabinetlərində sorğu etməklə əldə edə bilərlər. Bu funksiyanın tətbiqi təqdim edilən arayışların saxta olub-olmaması ilə bağlı riskləri tam aradan qaldırmaqla yanaşı, əlavə vaxt itkisinin yaranmasının da qarşısını alır.
Müraciət zamanı müvafiq altsistemlərə inteqrasiyanın həyata keçirilməsi, zəruri məlumatların ötürülməsi, tələb olunan məhkumluq barədə arayışın rəqəmsal formada təqdim edilməsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) Milli Məlumat Mübadiləsi Sistemi (“digital.bridge”) üzərindən həyata keçirilir. Bununla da, sistemdə müraciət zamanı kağız daşıyıcıda olan sənədlərin minimuma endirilməsi təmin edilmiş olur.
Qeyd edək ki, təchizatçıların dövlət satınalmalarında iştirakının daha da asanlaşdırılması məqsədilə müxtəlif dövlət qurumlarından tələb olunan sənədlərin portal vasitəsilə real vaxt rejimində əldə olunması üçün Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Mərkəzi Bank, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Ədliyyə Nazirliyi ilə inteqrasiyalar həyata keçirilib.
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

