Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Energetika Nazirliyində kollegiya iclası keçirilib

Energetika Nazirliyində kollegiya iclası keçirilib

17.12.2024 [21:13]

Energetika naziri Pərviz Şahbazovun sədrliyi ilə 2024-cü ilin yekunlarına dair hibrid formatda kollegiya iclası keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, kollegiya sədri çıxışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən müəyyənləşdirilmiş sosial-iqtisadi inkişaf siyasətinə uyğun olaraq cari ildə enerji sektorunda həyata keçirilmiş mühüm tədbirlər və əldə edilmiş nailiyyətləri qeyd edib. Azərbaycanın COP29-a uğurlu ev sahibliyi, enerji sahəsində irəli sürülən təşəbbüslərin beynəlxalq miqyasda geniş dəstək qazandığı və bu dəstəyin konfransdan sonra da davam etdiyi vurğulanıb. “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində enerji təchizatı infrastrukturunun modernləşdirilməsi, bərpaolunan enerji mənbələrinin payının artırılması və enerji səmərəliliyi sahəsində atılan addımların energetika sektorunun inkişafında mühüm rol oynadığı bildirilib.

Sonra iclasın gündəliyində olan məsələlərə dair məruzələr dinlənilib. Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının Tədbirlər Planında Energetika Nazirliyinin məsul olduğu tədbirlərin 2024-cü ildə icra vəziyyəti haqqında hesabat təqdim edilib. Hesabatda il ərzində enerji sektorunda beynəlxalq əməkdaşlıq çərçivəsində reallaşdırılan layihələr, eləcə də bərpaolunan enerji sahəsində həyata keçirilən tədbirlərin nəticələri vurğulanıb.

İclasda, həmçinin Azərbaycan Respublikasının Energetika Nazirliyinin Kollegiyasının 2025-ci il üçün İş Planının layihəsi nəzərdən keçirilib, təsdiq edilməsinə dair qərar qəbul edilib.

Sonda kollegiya sədri növbəti ildə enerji sektorunun inkişafını hədəfləyən layihələrin reallaşdırılması istiqamətində qarşıda duran vəzifələrin səmərəli icrası ilə bağlı göstərişlər verib.

Paylaş:
Baxılıb: 656 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Böyük etimad, sonsuz inam

11 Sentyabr 11:34  

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30