Gəncə Tibb Kollecində “Gənclər evi” açılıb
05.12.2024 [21:37]
Səhiyyə Nazirliyinin təşkilatçılığı, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) dəstəyi ilə Gəncə Tibb Kollecində yeni inşa olunan “Gənclər Evi”nin açılışı keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gəncə Tibb Kollecinin ərazisində bünövrəsi 2023-cü ilin noyabrında qoyulan “Gənclər evi” 500 kvadratmetr ərazini əhatə edir. Müasir havalandırma və isitmə sistemi ilə təchiz edilən binada tələbələrin yüksəksürətli internetə çıxışı təmin olunub. “Gənclər evi”ndə, həmçinin kollecin müxtəlif dərnəklərinin keyfiyyətli və davamlı fəaliyyəti üçün böyük səhnə quraşdırılıb. Burada müxtəlif musiqi alətləri və peşəkar səsləndirmə sistemi də var. Kompüterlər Gəncə Tibb Kollecinin mərkəzləşdirilmiş elektron kitabxana bazasına qoşulub, həmin bazada elektronlaşdırılmış 81 tibbi tədris vəsaiti yerləşdirilib.
Yeni inşa edilən binada tələbələrin normal qidalanmaları üçün lazımi şərait yaradılıb.
Açılış tədbiri Azərbaycan və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Sonra torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) sədri Sərkan Kayalar, TİKA-nın Orta Asiya və Qafqaz ölkələri üzrə dairə rəhbəri Əli Özgün Öztürk, TİKA-nın Bakı Ofisinin rəhbəri Xeyrəddin Özçelik, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncə şəhərindəki Baş konsulu Recep Öztop, Gürcüstanın Gəncə şəhərindəki baş konsulu Kaxaber Abdaladze və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Çıxışlardan sonra kollec tələbələrinin ifasında şeir və musiqi nömrələri təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

