“Gənc fotoovçu yaşıl kənddə” layihəsi yekunlaşıb
28.11.2024 [15:30]
Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə Gənclər Mərkəzi İctimai Birliyi tərəfindən “Gənc fotoovçu yaşıl kənddə” adlı layihə həyata keçirilib. Üç ay davam edən layihə Qəbələ rayonunda yekunlaşıb.
İctimai Birlikdən AZƏRTAC-a bildirilib ki, layihənin əsas məqsədlərindən biri gəncləri ekoturizmin inkişafı istiqamətində maarifləndirmək və onları yaşadıqları yaşıl kəndlərin fotoovçusuna çevirməklə minlərlə insanı təbiətin gözəlliklərindən zövq almağa və təbiət canlılarını silahla yox, fotoaparatla “ovlamağı” təbliğ etmək, bu prosesdə ictimai rolun artırılması, gənclərin prosesdə aktiv iştirakını təmin etmək, eyni zamanda, yerli və xarici ekoturistlərin marağına səbəb olmaqdan ibarətdir.
Tədbirdə çıxış edən Gənclər Mərkəzi İctimai Birliyin sədri, layihənin rəhbəri Kənan Qubadzadə bildirib ki, ekoturistləri cəlb etmək üçün qoruqların müstəsna əhəmiyyəti var: “Ölkəmizdə kifayət qədər qoruqların, yasaqlıqların mövcudluğu ekoloji turizmin inkişafına şərait yaradan əsas amillərdəndir. Bunun üçün həmin məkanlara gənc fotoqrafçılar aparmaq, həmin fotoları sosial şəbəkələrdə paylaşmaqla ekoturizmin inkişafına töhfə vermək olar. Layihənin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində icra olunması daha mühüm əhəmiyyət kəsb edir. COP29 kimi mötəbər bir tədbirin noyabrın 11-22-də Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə böyük hörmət və etimadın, eləcə də milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir. Bu günlərdə Bakıda keçirilən qlobal tədbir uğurla başa çatıb”.
Tədbirdə çıxış edən Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev vurğulayıb ki, Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasında 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən olunub: “Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır”.
Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Gənclərlə iş sektorunun baş məsləhətçisi Göyüşlü Qaraxan Gənclər Mərkəzi İctimai Birlinin layihəsinin şimal-qərb regionunda keçirilməsinə və regionun füsunkar yaşıllığının təbliğ olunmasına görə təşəkkür edib, regionda “Yaşıl dünya naminə həmrəylik ili”ndə görülən işlərdən və bu işlərə gənclərin töhfəsindən danışıb.
Tədbir iştirakçılarına “Gənc fotoovçu”, Gənclər Mərkəzi İctimai Birliyinin əməkdaşı Rahib Hacıyevin çəkdiyi fotolardan və məlumatlardan ibarət bukletlər, qovluqlar paylanılıb, iştirakçılara sertifikatlar təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45

