İtaliyada Azərbaycanın Zəfər Günü qeyd edilib
08.11.2024 [15:59]
8 Noyabr - Zəfər Günü Azərbaycanın İtaliyadakı səfirliyinin tabeliyindəki Mədəniyyət Mərkəzində qeyd olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə İtaliya rəsmiləri və akademik dairələrin nümayəndələri, səfirlər və diplomatlar, bu ölkədə yaşayan həmvətənlərimiz iştirak ediblər.
Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş vətən övladlarının xatirəsi ehtiramla yad olunub.
Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov Zəfər Gününün ölkəmiz üçün böyük önəm kəsb etdiyini bildirib. Ermənistanın ötən əsrin 90-cı illərinin əvvəlində Azərbaycan torpaqlarına ərazi iddiaları ilə çıxış etdiyini və ölkəmizə qarşı hərbi təcavüzə başladığını xatırladan səfir 30 ilə yaxın müddət ərzində ərazilərimizin 20 faizinin hərbi işğal altında qaldığını, etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan çox azərbaycanlının öz yurdundan didərgin düşdüyünü bildirib.
Diplomat ərazilərinin işğalı və vətəndaşlarının hüquqlarının pozulmasi ilə barışmayan Azərbaycanın Ermənistanın bu işğalçı siyasətinin və onun nəticələrinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması istiqamətində böyük iş apardığını qeyd edib. Bildirib ki, bütün aparıcı beynəlxalq təşkilatlar, xüsusilə də BMT Təhlükəsizlik Şurası Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı faktını tanıyan, Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələr qəbul edib. Lakin buna baxmayaraq, Ermənistan 30 ilə yaxın müddət ərzində bu qətnamələrin tələblərini yerinə yetirməyib, xüsusilə də təxribatçı bəyanatlar və addımlar ataraq danışıqlar prosesini məqsədyönlü şəkildə tamamilə pozub, bir daha özünün əsl məqsədinin Azərbaycan ərazilərini ilhaq etməkdən ibarət olduğunu nümayiş etdirib.
Rəşad Aslanov 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi nəticəsində müzəffər Azərbaycan Ordusunun işğalda qalmış ərazilərimizi və bütün azərbaycanlılar üçün əziz olan Şuşa şəhərini azad etdiyini bildirib. Qeyd edib ki, münaqişədən sonrakı dövrdə Azərbaycan regionda yeni geosiyasi reallıqlar yaradıb, hazırda sülh və inkişaf gündəliyini təşviq edir. Bildirib ki, Azərbaycan işğal dövründə Ermənistan tərəfindən minalarla çirklənmiş ərazilərin təmizlənməsi, tamamilə dağıdılmış şəhər və kəndlərin yenidən qurulması istiqamətində irimiqyaslı layihələr həyata keçirir.
Səfir İtaliyanın Azərbaycanın yaxın dostu, strateji tərəfdaşı olduğunu qeyd edib və hazırda İtaliya şirkətlərinin azad edilmiş ərazilərdəki layihələrdə fəal iştirak etdiyini diqqətə çatdırıb.
Daha sonra ordumuzun 44 gün ərzində apardığı Vətən müharibəsi, qazanılan Zəfər və azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərinə dair videoçarx nümayiş etdirilib.
Tədbir konsert proqramı və Azərbaycan milli mətbəxinin təamlarından ibarət ziyafət ilə başa çatıb.
Xəbər lenti
Hamısına baxDünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24

