Qida sahəsi ilə bağlı daha üç sənəd Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib
04.11.2024 [19:25]
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) hazırladığı və Agentliyin Kollegiyasının qərarı ilə təsdiq olunan “Dönər emalına və dövriyyəsinə dair sanitariya norma və qaydaları”, “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları” və “Süd toplama məntəqələrinə dair baytarlıq-sanitariya norma və qaydaları” adlı texniki normativ-hüquqi akt layihələri Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınaraq Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib.
Bu barədə AZƏRTAC-a Agentliyin İnformasiya təminatı və innovative həllər şöbəsindən məlumat verilib.
“Dönər emalına və dövriyyəsinə dair sanitariya norma və qaydaları”nda dönərin hazırlanmasını həyata keçirən qida subyekt və obyektlərinə, eyni zamanda, çiy dönərin emalına, dönərin təhlükəsizliyinə və minimum keyfiyyətinə, eləcə də termiki emalına və dövriyyəsinə dair tələblər əks olunub. Həmçinin Qaydalara 1 nömrəli əlavədə çiy dönərin fiziki-kimyəvi göstəriciləri qeyd edilib. Sənəd dönər emalı və dövriyyəsi zamanı təhlükəsizlik və minimum keyfiyyət tələblərini müəyyənləşdirir. Qaydalara görə, dönər emalına və dövriyyəsinə müvafiq tələblərə əməl olunduğu halda yol verilir.
“Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”nda heyvan bazarlarının quruluşuna və yerləşməsinə, bu tip bazarlarda dövlət baytarlıq nəzarətinin həyata keçirilməsinə və işçilərin fərdi sanitariya normaları və qaydalarına dair tələblər əksini tapıb. Sənəd heyvanların həyat və sağlamlığının qorunması, heyvanların və əhalinin sağlamlığı üçün təhlükəli olan heyvan xəstəliklərinin baş verməsinin və yayılmasının qarşısının alınması məqsədilə heyvanların ticarəti həyata keçirilən heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydalarını müəyyən edir. Həmin Qaydalar heyvan bazarlarında heyvanların pərakəndə və topdan satışı, qəbulu və müvəqqəti saxlanması ilə bağlı fəaliyyətə şamil olunur.
“Süd toplama məntəqələrinə dair baytarlıq-sanitariya norma və qaydaları”nda məntəqələrin quruluşuna və yerləşməsinə, məntəqələrdə ləvazimatlara (alət və avadanlıqlara), məntəqələrə südün daşınması, qəbulu, saxlanması və topdan satışına, məntəqələrdə və südün nəqliyyat vasitəsinə yüklənməsində iştirak edən işçilərin fərdi sanitariya norma və qaydalarına dair tələblər və südün saxlanmasına dair temperatur tələbləri əks olunub. Sənəd istehlakçıların qanunvericiliyə uyğun olaraq minimum keyfiyyət tələblərinə cavab verən və təhlükəsiz süd və süd məhsulları ilə təmin edilməsi və zoonoz xəstəliklərin qarşısının alınması məqsədilə süd toplama məntəqələrinə dair baytarlıq-sanitariya norma və qaydalarını müəyyənləşdirir. Həmin Qaydalar məntəqələr tərəfindən südün daşınması, qəbulu, saxlanması və topdan satışı ilə bağlı fəaliyyətə şamil olunur. Süd toplama məntəqələrinin fəaliyyətinə dövlət baytarlıq nəzarəti isə AQTA tərəfindən həyata keçirilir.
Xəbər lenti
Hamısına baxMaraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22

