Qərbi Azərbaycandan olan gənclərin Naxçıvan forumu keçirilib
31.10.2024 [19:35]
Azərbaycan Respublikası Gənclər Fondu tərəfindən “İdeyanı reallaşdır - 2023” adlı gənclərin fərdi layihələr üzrə qrant müsabiqəsinin qalibi olan Naxçıvan Dövlət Universitetinin əməkdaşı Salatın Məmmədovanın “Qərbi Azərbaycandan olan gənclərin Naxçıvan forumu” layihəsinin açılış mərasimi keçirilib.
NDU-nun Media və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, forum çərçivəsində iştirakçılar əvvəlcə Ulu Öndərin Naxçıvan şəhərinin mərkəzində ucalan abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər. Sonra Heydər Əliyev Muzeyi ilə tanışlıq olub.
Forumun açılış mərasimində Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə Azərbaycanın 30 illik işğala son qoyması, 2023-cü il sentyabrın 19-20-də isə dövlət suverenliyinin tam təmin olunması vaxtilə Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın hüquqlarının bərpası üçün də real imkanlar yaradıb. Vurğulanıb ki, Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı və Qərbi Azərbaycan İcmasının birgə tərəfdaşlığı ilə keçirilən forum “Qərbi Azərbaycana qayıdış” festival-konqresi də daxil olmaqla, ölkədə bu sahədə görülən işlərə bir töhfədir. Rektor forumda aparılan müzakirələrin Qərbi Azərbaycan tarixinin öyrənilməsi və təbliği baxımından mühüm əhəmiyyət kəsb etdiyini və yeni yanaşmaların ortaya qoyulacağına əminliyini bildirib.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli “Qərbi Azərbaycana Qayıdış” Konsepsiyası çərçivəsində qarşıya qoyulan konkret vəzifələrdən, eyni zamanda, bu istiqamətdə aparılan işlərdən bəhs edib. Natiq çıxışında Qərbi Azərbaycana qayıdışın Azərbaycan siyasətinin yeni xətti olduğunu nəzərə alaraq, gənclərin bu işdə məlumatlanmasının vacibliyini diqqətə çatdırıb. Bildirilib ki, bu, həm daxili, həm də xarici siyasətimizdə əsas hədəflərdən və prioritet məsələlərdən birinə çevrilib. Əziz Ələkbərli, həmçinin Azərbaycan Prezidentinin bu məsələ ilə bağlı prinsipial mövqeyi, icmanın inzibati binasını ziyarət etməsi, Qərbi Azərbaycan İcmasının üzvlərinin hüquqlarının bərpa olunmasına və onları doğma torpaqlarına qayıtmasına tam dəstəyini ifadə etməsi barədə məlumat verib.
Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının üzvü, Amasiya rayon icmasının sədri, akademik Abel Məhərrəmov Qərbi Azərbaycanla bağlı mühüm tədbirlərin Naxçıvanda keçirilməsinin önəmini qeyd edib. Akademik çıxışında Ermənistandan qovulmuş azərbaycanlıların sülh yolu ilə geri qayıdışı ilə bağlı haqq-ədalətin öz yerini tapacağına inandığını bildirib. Qərbi Azərbaycanla bağlı tarixi faktları və statistik məlumatlara nəzər yetirən Abel Məhərrəmov bu istiqamətdə gəncləri fəal olmağa səsləyib və zəngin-mədəni irsimizin qorunub saxlanması yolunda əzmlə çalışmağın önəminə toxunub.
Abel Məhərrəmov müəllifi olduğu kitablardan universitetə hədiyyə edib.
Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Hikmət Məmmədov Qərbi azərbaycanlıların doğma yurdlarına qayıdışının siyasi-hüquqi əsaslarından söz açaraq, son iki əsrdə erməni dövlət orqanlarının azərbaycanlılara qarşı sistemli şəkildə apardığı etnik təmizləmə, zorla köçürülmə, zorakılıq, kütləvi qırğın və soyqırımı siyasətindən danışıb.
Azərbaycan Respublikası Gənclər Fondunun Naxçıvan Muxtar Respublika filialının direktoru Arzu Qasımov diqqətə çatdırıb ki, gənc nəslin intellektual və mənəvi inkişafının təmin edilməsi, vətənpərvərlik ruhunda tərbiyə olunması, innovativ ideyalarının reallaşdırılmasına yönəlmiş layihələrin dəstəklənməsi dövlət gənclər siyasətinin icrasına xidmət edir.
Naxçıvan Dövlət Universitetinin əməkdaşı, layihə rəhbəri Salatın Məmmədova belə təşəbbüslərin reallaşmasında göstərilən diqqətə görə minnətdarlıq edib.
Sonra Qərbi azərbaycanlı gənclərin ifasında Qərbi Azərbaycan rəqsləri nümayiş olunub.
Forum panel müzakirələrlə işini davam etdirib.
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
Gündəm
26 Avqust 10:59

