Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Gürcüstan Prezidenti Baş Prokurorluğa çağırılıb

Gürcüstan Prezidenti Baş Prokurorluğa çağırılıb

30.10.2024 [13:20]

Gürcüstan Prezidenti Salome Zurabişvili parlament seçkilərinin mümkün saxtalaşdırılması ilə bağlı verdiyi bəyanatlarla əlaqədar Baş Prokurorluğa çağırılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Baş Prokurorluğu məlumat yayıb.

Məlumatda deyilir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) müraciəti əsasında Gürcüstan Baş Prokurorluğu parlament seçkilərinin saxtalaşdırılması faktı ilə bağlı Cinayət Məcəlləsinin 164-cü maddəsində nəzərdə tutulmuş cinayət əlamətləri ilə araşdırmaya başlayıb.

MSK-nın bəyanatına və mediada yayılan məlumatlara görə, Gürcüstan Prezidenti Salome Zurabişvilinin əlində 2024-cü il parlament seçkilərinin mümkün saxtalaşdırılması ilə bağlı sübutlar olmalıdır. Qanunun tələbinə əsasən, Gürcüstan Prezidenti oktyabrın 31-də dindirilmək üçün istintaq orqanına çağırılıb.

Gürcüstan Prokurorluğu, MSK-nın direktivində göstərildiyi kimi, eyni zamanda, Gürcüstan Prezidentinin, ayrı-ayrı siyasi partiyaların və müşahidə missiyalarının nümayəndələrinin səsləndirdiyi faktların öyrənilməsi üçün bütün zəruri istintaq və prosessual hərəkətləri həyata keçirəcək. İstintaq çərçivəsində iddia edilən cinayət faktı ilə bağlı məlumatı olan şəxslərin hamısı dindiriləcək.

Paylaş:
Baxılıb: 603 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

104 illik tarix!

29 Avqust 11:19

Ədəbiyyat

Analitik

Nüvə kabusu...

29 Avqust 09:45  

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

29 Avqust 08:31  

Gündəm

İqtisadiyyat

Gündəm

Ədəbiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31