Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Naxçıvanda məktəb direktoru vəzifəsi üçün müsahibə keçiriləcək

Naxçıvanda məktəb direktoru vəzifəsi üçün müsahibə keçiriləcək

10.10.2024 [16:32]

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən oktyabrın 15-16-da Naxçıvanda ilk dəfə şagird sayı 150-dək olan təhsil müəssisələrində vakant olan direktor vəzifəsi üçün müsahibə mərhələsi keçiriləcək.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Naxçıvan STEAM Təlim-Tədris Mərkəzində keçiriləcək müsahibə mərhələsində videoçəkiliş təmin edilməklə namizədlərin vəzifə üzrə nəzəri bilikləri, idarəetmə bacarıqları və şəxsi keyfiyyətləri hər meyar üzrə 5 ballıq şkala əsasında qiymətləndiriləcək.

Qeyd edək ki, vakant vəzifələr üzrə avqustun 21-28-də aparılan sənəd qəbulunda 13 direktor vəzifəsi üçün 50-yə yaxın namizəd sənəd verib.

Paylaş:
Baxılıb: 534 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31